Avropa Birliyinin (AB) Şurası bu gün qlobal insan haqları sanksiya rejimini yaradan Qərar və Qaydalar qəbul etdi. İlk dəfə olaraq AB özünü elə bir çərçivə ilə təhciz edir ki, bu çərçivə Birliyə dünyanın harasında baş verməsindən asılı olmayaraq ciddi insan hüquqları pozuntularına cavabdeh olan, belə pozuntulara cəlb edilən və ya belə pozuntularla assosiasiya olunan dövlət və ya qeyri-dövlət aktorları da daxil olmaqla fərdləri, qurum və təşkilatları hədəfə almağa imkan verəcək.
Bu cür məhdudlaşdırıcı tədbirlər fərdlərə münasibətdə səyahət qadağalarını, həm fərdlərə, həm də qurumlara münasibətdə isə vəsaitlərin dondurulmasını əhatə edəcək. Bundan əlavə, AB-də yerləşən şəxslərin və təşkilatların birbaşa və ya dolayı yolla sadalananlar üçün vəsait əldə etmələri qadağan olunacaq.
Məqsədli məhdudlaşdırıcı tədbirlərin çərçivəsi soyqırım, insanlığa qarşı cinayətlər və digər ciddi insan haqları pozuntularına və ya sui-istifadə halarına (məsələn, işgəncə, köləlik, məhkəmədənkənar qətllər, qanunsuz həbslər və azadlıqdan məhrumetmələr ) şamil olunacaq. Digər insan haqları pozuntuları və ya sui-istifadə halları, bu pozuntular və ya sui-istifadə halları geniş yayılmış, sistematik olduğu və ya Müqavilədə (AB Müqaviləsinin 21-ci maddəsi) göstərilən ümumi xarici və təhlükəsizlik siyasətinin məqsədləri ilə əlaqədar ciddi şəkildə narahatlıq yaratdıqda sanksiya rejiminin əhatəsinə düşə bilər.
AB Şurası üzv-dövlət və ya AB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin təklifi əsasında sanksiya siyahısını yaradır, onu nəzərdən keçirir və ona dəyişikliklər edir.
Bugünkü qərar insan haqlarının təşviqi və qorunmasının AB xarici fəaliyyətinin təməl daşı və prioriteti olaraq qaldığını göstərir və AB-nin ciddi insan haqları pozuntuları və sui-istifadə hallarını həll etmək niyyətində olduğunu əks etdirir.
Müvafiq hüquqi aktlar Rəsmi Jurnalda dərc edilmişdir.
Mövzu ilə bağlı Ümumi Məlumat
9 dekabr 2019-cu il tarixində AB Şurası, AB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi tərəfindən ciddi insan haqları pozuntularına və sui-istifadə hallarına qarşı məhdudlaşdırıcı tədbirlər üçün ümumi AB rejimi qurmaq üçün hazırlıq işlərinə başladığını məmnuniyyətlə qarşılamışdı.
17 noyabr 2020-ci il tarixində AB Şurası Birliyin bütün üçüncü ölkələrlə münasibətlərində təşkilatın insan hüquqları sahəsindəki ambisiya və prioritetlərinin səviyyəsini müəyyən edən AB-nin 2020-2024 İnsan Hüquqları və Demokratiya üzrə Fəaliyyət Planını təsdiq etmişdir. Bu Fəaliyyət Planında AB dünyadakı ciddi insan haqları pozuntuları və sui-istifadə hallarına qarşı yeni üfüqi bir AB qlobal insan haqları sanksiya rejimi hazırlamağa öhdələnmişdi.
*Qəbul edilmiş Qərar və Qaydalarla (ingilis dilində) aşağıdakı linkdən tanış olmaq mümkündür
https://eur-lex.europa.eu/legal-content/EN/TXT/?uri=OJ:L:2020:410I:TOC