24saat.org saytının redaktoru Vüqar Qurdqanlı “Bandotdel”-ə (Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə) çağırılıb. Bu barədə o, özü məlumat verib: “Bu gün 16:45-də istifadə etdiyim 0552669250 nömrəli telefona 0502119335 nömrəli telefondan zəng gəldi. Danışan şəxs özünü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçisi kimi təqdim etdi, adının Heydər olduğunu bildirdi. Mənim idarəyə dəvət olunduğumu dedi. Rəsmi çağırış tələb etdiyimdə də, zəngin telefonaqramma oldğunu qeyd eləsə də, konkret nəyə görə çağırıldığımı əsaslandırmaqdan yayındı. Dedi ki, şikayət var. Amma şikayətin kim tərəfindən və konkret hansı yazıya görə olduğunu demək istəmədi. Mən də rəsmi çağırış vərəqəsi olmadan gələ bilməyəcəyimi dedim. Ünvanımı alıb rəsmi çağırışın göndəriləcəyini bildirdi. Xatırladım ki, meydan.tv-in dərc etdiyi Ramil Usubovun və Vilayəz Eyvazovun ortaq “Meyvəli” bazar biznesini ifşa edən yazının az24saat.org saytında təkrar dərcindən sonra təhdid mesajları alsam da, bunun generallar tərəfindən uşaqca böyüdüləcəyini düşünmürdüm. Yanılmışam… Rəsmi çağırışı gözləyirəm. İmkan və fürsət olarsa, daha ətraflı məlumat verəcəyəm.”