Bu gün saat 15:00-a metronun 28 may stansiyasının qarşısına AXCP tərəfindən mitinq təyin edilib. Mitinqə hökumət tərəfindən icazə verilməyib. Mitinq başlayana qədər hökumət fövqəladə tədbirlər görməyə başlayıb.
- Jurnalistlərdən Mehin Kərimi, Əbülfət Baxşəli, Vüqar Mirzəbəy, Fərid İsmayılov, Gülnaz Qənbərli Nurlan Libre saxlanılıblar, sonuncu polis maşınında döyüldüyünü bildirib. Jurnalistlərin bir hissəsi sonradan sərbəst buraxılıb.
- Aktivistlərin bəziləri polis tərəfindən evlərindən aparılıblar. Keçmiş siyasi məhbus Seymur Həziyə 15 sutka inzibati həbs cəzası verildiyi deyilir.
- Ərazidə internetin sürəti aşağı salınıb, mitinq vaxtı internetin ümumiyyətlə kəsiləcəyi barədə məlumat yayılıb.
- AXCP sədri Əli Kərimlinin adından saxta “xəbər” yayılaraq, mitinqin təxirə salındığı bildirilir. Bu “xəbər”i Prokurorluq media orqanlarına göndərir.
- Keçmiş siyasi məhbus Qiyas İbrahimovun valideynləri saxlanılıb, özü isə polis əhatəsində olduğuna görə evdən çıxa bilmir.
- Metropolitenin əraziyə yaxın 3 stansiyasının 13:00-16:00 arası işləməyəcəyi elan olunub.
- Ərazi polislər tərəfindən mühasirəyə alınıb, giriş tam məhdudlaşdırılıb. Bəzi sosial şəbəkə istifadəçiləri 45 min polisin səfərbər olunduğu barədə yazırlar.
Foto: Meydan TV