Həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlının səhhətində problem yaranıb, onun sinəsində ağrılar var. Jurnalist mühacirətdə olan həyat yoldaşı Leyla Mustafayeva ilə telefon söhbətində bu barədə deyib.
Leyla Mustafayevanın sözlərinə görə, 3 həftə əvvəl Əfqan Muxtarlıyla danışanda öskürürmüş və ciyərlərinin soyuqladığını deyib:
“Müayinə olunub və rentgen edən həkim deyib ki, ağciyərində ləkə görünür. Başqa bir həkim baxıb, deyib ciddi bir şey yoxdur. Həkimlərin müxtəlif rəy verməsi elə məndə də narahatlıq yaratmışdı. Ötən həftələr ərzində həkimlərin yazdığı dərmanları göndərmişik. Qəbul edib. Bu gün yenə də deyirdi ki, sinə nayihəsində ağrıları var. Səbəb sadəcə soyuqlamadırsa, qəbul etdiyi dərmanlardan sonra adamın yenə şikayəti varsa, bu, o deməkdir ki, o, yenidən müayinə olunmalı, təcrübəli, normal həkim nəzarətindən keçməlidir.
Hər dəfə danışanda deyir nəbzi 100-dən yuxarı vurur. Tbilisidə müayinələr zamanı onun səhhətində belə bir hal müşahidə edilməmişdi. Otən həftə zəng edəndə demishdi ki, təzyiqi 100-150 arasındadır və başağrıları olur. Vəkil Nemət Kərimli baş idarə ilə danışandan sonra təcridxanadan Əfqana deyiblər ki, kənardan yaxşı həkim axtarırlar. Lap istəyirsə, Bakıdan həkim gətirə bilərlər. Bunları vaxtında eləmək lazımdı”.
Leyla Mustafayeva Əfqan Muxtarlının artıq çəkidən əziyyət çəkdiyini bildirib:
“Bir ilə yaxındır istintaq tədricxanasında olduğundan hərəkət edə bilmir. Tbilisidə olanda şəkər və çəkisinə görə həkin gündə ən azı 3-4 km piyada gəzməyi tövsiyə etmişdi. Bir ilə yaxındır bunu edə bilmir. Üstəlik, məhkəməsini otən ay ərzində 3 dəfə təxirə salıblar və növbəti məhkəmə aprelin 24-də olacaq. Onun “zon”a köçrülməsi belə ləngiyir. Bunların hamısı onun səhhətinə mənfi təsir edir”.