Sentyabrın 22-də ABŞ-ın ATƏT-dəki Daimi Nümayəndəsi yekun bəyanatla çıxış edib. Bəyanatdan Azərbaycanla bağlı hissəni təqdim edirik:
Birinci həftədə biz Azərbaycanda sonuncu müstəqil xəbər agentliyi olan “Turan:-ın direktoru Mehman Əliyevin azadlığı buraxılmasını alqışladıq. Biz həmçinin Azərbaycan hakimiyyətinin müxalifət lideri Natiq Cəfərliyə qarşı ittihamlara xitam verməsini və “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin azadlığa buraxılmasını alqışlayırıq. Biz hakimiyyəti Mehman Əliyevə qarşı irəli sürülən ittihamlara xitam verməyə və onun və araşdırmaçı jurnalist Xədicə İsmayılova və hüquqşünas İntiqam Əliyev də daxil olmaqla digərlərinin ölkədən çıxışına olan qadağanın aradan qaldırılmasına çağırırıq.
Avropa İnsan Haqları Məhkəməsinin xeyrinə qərar çıxardığı ReAl siyasi hərəkatının sədri İlqar Məmmədov da daxil olmaqla, 145-dən artıq şəxs siyasi motivli ittihamlarla həbsdə qalmaqda davm edir. Onlar da təxirəsalınmadan, qeyd-şərtsiz azad edilməlidirlər. (ABŞ-ın ATƏT-dəki Daimi Nümayəndəliyi)