Həbs müddəti başa çatan şəxs azadlığa buraxılmır

İctimai fəal Rafael Hüseynzadənin həbs müddətindən 4 gün keçməsinə baxmayaraq azadlığa buraxılmayıb. “Rafael Hüseynzadə Abşeron rayon Məhkəməsinin 2 sentyabr qərarı ilə inzibati qaydada 15 sutka həbs edilib. Lakin Hüseynzadənin həbs müddəti sentyabrın 17-də başa çatsa da, o, hələ də qanunsuz olaraq həbs yerində saxlanılır,” vəkil Amerikanın Səsinə bildirib. Vəkilin sözlərinə görə, sentyabrın 20-də Sumqayıt Apellyasiya Məhkəməsi…

Əfqan Muxtarlının vəkili cəzaçəkmə müəssisəsində fiziki təzyiqə məruz qalıb

Həbsdə olan jurnalist, siyasi məhbus Əfqan Muxtarlının vəkili Nemət Kərimli bu gün – 20 sentyabr 2019-cu ildə 16 saylı cəzaçəkmə müəssisəsində fizikin təzyiqə məruz qaldığını bildirib. Bu barədə vəkl facebook hesabına yazıb. Cənab Kərimli bildirib ki, cəzaçəkmə müəssisəsinə daxil olanda onun üzərində axtarış aparmaq istəyiblər. Bu, qanunazidd olsa da, gərginlik yaratmamaq üçün icazə verib və…

Fərdi vəkillik ləğv edilir?

Siyasi məhbusların da müdafiəsi ilə tanınmış vəkil Elçin Sadıqov Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasına çağırılıb. Xatırladaq ki, Elçin Sadıoq barəsində bir neçə gün əvvəl vəfat etmiş vəkillərdən birinin həyat yoldaşının şikayəti əsasında intizam icraatı başlanmışdı. Elçin bəy bu icraatın qanuni əsasının olmadığını bildirmişdi. Rəyasət Heyətinin iclasına çağırılması ilə bağlı Elçin Sadıqov özx facebook hesabında yazıb.…

Vəkilin polis bölməsində döyüldüyü bildirilir

Vəkillərdən biri polisin saxladığı şəxsin hüquqlarını müdafiə etmək üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsində gedib. Nəticədə vəkilin özü də orada döyülüb, hüquqlarını müdafiə etdiyi şəxslə birlikdə bölmədəki müvəqqəti saxlama yerinə salınıb. Müxtəlif vəkillər sosial şəbəkələrdə bu barədə məlumatlar paylaşaraq, həmkarlarına qarşı zorakılığı pisləyiblər. Vəkillər Kollegiyasının sədri Anar Bağırov da məsələyə münasibət bildirib: “İstənilən…

Penitensiar Xidmət siyasi məhbusların vəkilinə qarşı ayrıseçkilik edir

Vəkil Şəhla Hümbətova müdafiə etdiyi şəxslərlə görüşmək üçün cəzaçəkmə müəssisələrinə buraxılmadığını deyir. Bu barədə o, facebook statusunda yazıb. Vəkil bildirir ki, 5 aydır ki, Penitensiar Xidmətin əməkdaşları onu müxtəlif bəhanələrlə cəzaçəkmə müəssisələrinin qapılarından geri qaytarırlar. Belə ki, 15 saylı cəzaçəkmə müəssisəsinə 3 dəfə buraxılmayıb. Ondan yeni məktub istənilib. Şəhla xanım və yanındakı digər vəkil uzun-uzadı…

Vəkillər Kollegiyasının həqiqətləri gizlədən hesabatı

Vəkillər Kollegiyası saytında açıqlama verərək, bildirib ki, Kollegiyanın Rəyasət Heyəti 2018-ci il ərzində 71 intizam icraatı üzrə 29 şikayət və müraciətin mahiyyətini, pozuntunun dərəcəsini və digər halları nəzərə alaraq intizam tənbehi tətbiq edilmədən xəbərdarlıq verilməklə kifayətlənmiş, 9 intizam icraatı üzrə irad tutma, 15 intizam icraatı üzrə töhmət və 12 müəyyən müddətə vəkilin fəaliyyətinin dayandırılması intizam tənbehini…