Həbsxana rəisinin Qarabağ qazisini cəzalandırdığı deyilir

AXCP Nərimanov şöbəsinin sədri, Qarabağ qazisi Babək Həsənov ona verilmiş üç illik həbs cəzasını 6 saylı cəzaçəkmə müəssisəsində çəkəcək. AXCP mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, B.Həsənov mayın 15-də ora köçürülüb və dərhal da cəzalandırılıb. Onun cəzaçəkmə müəssisəsində “karsa” salındığı bildirilir: “6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudov vaxtilə 16 saylı cəzaçəkmə müəssisəsinin rəisi olub.…

“Tərtər məhbusu”: Bizi butulka, hətta boru ilə zorlayırdılar

“Azərbaycanda hüquq-mühafizə orqanlarında vətəndaşlara verilən işgəncələrlə bağlı şikayətlər araşdırılmadıqca, belə halların sayı da artır”. Bu fikir mayın 18-də Repressiya və İşgəncələr Əleyhinə Komitənin təşkil etdiyi ictimai dinləmələrdə səslənib. Komitənin təsisçilərindən hüquq müdafiəçisi Oqtay Gülalıyev son vaxtlar Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinə, Baş Prokurorluğa çağırılmasını xatırladaraq bildirib ki, ondan işgəncə və bunun nəticəsində baş vermiş…

Nardaran məhbusunun bacısı: “Ayağı şişib, qızdırma verir, müalicəyə qoymurlar”

Nardaran məhbuslarından Abbas Hüseynovun səhhətində ciddi problemlər var. Bu barədə onun bacısı Sevinc Hüseynova məlumat verib. Bacısı iddia edir ki, Abbasa verilən işgəncələr onun orqanizmində ciddi fəsadlar yaradıb: “Axırıncı dəfə Qobustan həbsxanasından aparılanda həbsxananın rəisi Aftandil Ağayev şəxsən özü ona işgəncə vermişdi. Onu qısa müddətə Kürdəxanı təcridxanasına köçürmüşdülər, oradan da Penitensiar Xidmətin Müalicə Müəssisəsinə apardılar.…

Hakimiyyət “heykəl məhbuslarına” qarşı niyə amansızdır?

Leyla ƏliyevaTəhlilçi, Oxford Universiteti Prezident İlham Əliyevin mart ayında əfv etdiyi məhbsular arasında iki heykəl məhbusu da vardı – Qiyas İbrahimov və Bayram Məmmədov. Gənclər 2016-ci ilin may ayında, hazırkı prezidentin atası – mərhum Heydər Əliyevin abidəsinin pyedestalına qrafiti yazandan sonra həbs olunmuşdular. Qrafiti hər il keçirilən Gül bayramı ilə bağlı idi və abidə pyedastalında…