Emin Aslanın ölkədən çıxış qadağası götürülüb

Hüquqşünas Emin Aslanın ölkədən çıxış qadağası ötən gün ləğv edilib. Bu barədə Mikroskop-a hüquqşünas özü məlumat verib. E.Aslan iki ay öncə müxtəlif qurumlara, o cümlədən Daxili İşlər Nazirliyinə ölkədən çıxış qadağası ilə bağlı müraciətlər ünvanlayıb: Daxili İşlər Nazirliyindən mənlə əlaqə saxladılar və rəsmi məktub verdilər ki, onlar ölkədən çıxışıma heç bir qadağa qoymayıb. Bu cavabdan…

Daha 4 jurnalistin ölkədən çıxış qadağası götürüldü

Bazar ertəsi jurnalistlər Natiq Cavadlı, İzolda Ağayeva, Səlimə Cəlilova və yazar Rasim Qaraca Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı Mübarizə İdarəsinə dəvət olunub. Onlara 4 il (2015-ci ildən) qüvvədə olan ölkədən çıxış qadağasının ləğv edildiyi bildirilib. Natiq Cavadlı deyib ki, onları Baş Prokurorluq İdarəsinin rəisi Eldar Əhmədov dəvət edib: “Zərurətin aradan qalxması ilə əlaqədar ölkədən çıxış…