ATƏT seçkilərlə bağlı hesabat yayıb

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) 9 fevral növbədənkənar parlament seçkiləri ilə bağlı ehtiyacların dəyərləndirilməsi hesabatını yayıb. Qurum Azərbaycan hökumətinin dəvətilə dekabrın 19-dan 21-dək Ehtiyacların Qiymətləndirilməsi Missiyasını həyata keçirdiyini bildirir. Məqsəd ölkədə seçkiqabağı mühiti və seçkilərə hazırlığı qiymətləndirmək olub. Bu dəyərləndirmə əsasında DTİHB qarşıdan gələn seçkilərdə fəaliyyətlə bağlı qərar verir. Tövsiyələrə əməl olunubmu…

100 min nəfərə məhkum: Azərbaycanda – 249, Ermənistanda – 129

Azadlıq Radiosunun məlumatına görə, Avropa Şurasının 2005-2015-ci illəri əhatə edən “Avropada həbsxanalar” hesabatı yayılıb. Hesabata əsasən, bu 10 il ərzində məhkum sayı coğrafi cəhətdən sabit qalsa da, şərqdən qərbə getdikcə, əsasən azalma müşahidə olunur. Hər 100 min nəfərə düşən məhkum sayı Azərbaycanda 249, Ermənistanda 129, Gürcüstanda 274, Rusiyada isə 440 nəfərdir. Hesabatda deyilir ki, 2005-ci illə…