DİN: Reper Pərviz Quluzadə polisə tabe olmadığı üçün həbs edilib

Meydan TV bildirir ki, “Paster” ləqəbli repçi Pərviz Quluzadənin saxlanıldığı deyilir. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, repçi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir. Onun artıq 4 gündür “Bandotdel” kimi tanınan həmin idarədə saxlanıldığı bildirilir. Buna səbəb kimi onun dekabrın 9-da yazdığı ‘’Gang’’ adlı repində ‘’Paşabank’’ haqqında “Götürəcəyəm ölkəni necə Paşabank” deməsi göstərilir. Yaxınları güman edir…