Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU (Layihə)

Qanunvericilik fəaliyyətinin əsas məqsədlərindən biri ictimai münasibətlərdə hüquqi müəyyənlik prinsipinin təmin edilməsidir. Hüquqi müəyyənlik prinsipi tələb edir ki, həm vətəndaşlar arası, həm də vətəndaş-publik hakimiyyət arası münasibətlərdə hüquqla nizamlanmayan boz zonalar olmasın. Rəsmi məlumata əsasən aparılmış monitroinq nəticəsində Bakı şəhəri və şəhər ətrafı ərazilərdə 500.000 artıq sənədləşdirilməmiş ev vardır. Bu evlərin əksəriyyətin mövcudluq yaşı 30…