Hüquq müdafiəçisi, siyasi məhbus Əliabbas Rüstəmov məhkəmənin qərarı ilə şərti azadlığa buraxılıb

Oktyabrın 31-də hüquq müdafiəçisi, keçmiş vəkil Əliabbas Rüstəmov Nərimanov Rayon Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılıb. Bu barədə AzadlıqRadiosuna onun özü məlumat verib. Onun sözlərinə görə, bir müddət əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət etmişdi. “Bu gün, oktyabrın 31-də keçirilən məhkəmə prosesində cəzamın qalan hissəsi şərti ilə əvəz olundu”, – deyə Rüstəmov bildirib. Əliabbas…

AŞPA məruzəçisi penitensiar müəssisələrdə bir sıra siyasi məhbuslarla görüşüb

AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottir Bakıya səfəri çərçivəsində penitensiar müəssisələrdə bir sıra məhbusla görüşüb. Məruzəçi Bakıya səfəri sentyabrın 5-7 tarixlərində edib. O, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınmış jurnalist Əfqan Muxtarlı, “Müsəlman Birliyi” hərəkatının lideri Taleh Bağırzadə, onun köməkçisi Abbas Hüseynov və Səid Dadaşbəyli ilə görüşüb. Siyasi məhbusların vahid siyahısının tərtib…

Hökumətin siyasi məhbus siyasəti dəyişibmi?

Son dövrlərdə siyasi məhbusların sayında azalma qeydəı alınıb. Mart ayında verilmiş əfv sərəncamı ilə 50-dən çox siyasi məhbus azadlığa buraxıldı. Buna baxmayaraq, hələ də həbsdə 70-ə yaxın siyasi məhbus var. Siyasi məhbusların işi üzrə İşçi Qrupun hazırladığı siyahı təxminən yarıbayarı azalsa da, Azərbaycan Avropada siyasi məhbus olan nadir ölkələrdən biri olaraq, qalır. Bundan başqa “Gəncə…

“Gəncə işi”ndə işgəncə

2018-ci il 10 iyul Gəncə hadisəsinə görə haqsız olaraq həbs edilmiş Hüseynzadə Elmir Natiq oğlunun ailəsinə göndərdiyi məktubu valideyinləri vetenugrunda.az-a təqdim ediblər. Məktubu olduğu kimi diqqətinizə çatdırırıq: “… Mən bir neçə nəfərin eyni istiqamətdə qaçdığını gördüm, nə baş verdiyini anlamadım və qeyri-ixtiyari mən də həmin istiqamətdə 8-9 addım qaçdım, lakin öndə qaçan qara paltarlı bir…

Siyasi məhbus tanınmaz hala düşüb

2015-ci il noyabrın 26-da Nardaran əməliyyatının keçirildiyi evin sahibi, özü də həmin əməliyyatda onurğasından güllələnərək ömürlük hərəkət qabiliyyətini itirən Əbülfəz Bünyadovun durumunun kəskin ağırlaşdığı bildirilir. Bu haqda Meydan TV-yə Ə.Bünyadovun həyat yoldaşı Leyla Bünyadova məlumat verib. “Müsəlman Birliyi” Hərəkatının İdarə Heyətinin üzvü, iflic olmasına baxmayaraq, əməliyyat günü tutularaq, 15 il azadlıqdan məhrum edilən Ə.Bünyadov illərdir…

Penitensiar Xidmət siyasi məhbusların vəkilinə qarşı ayrıseçkilik edir

Vəkil Şəhla Hümbətova müdafiə etdiyi şəxslərlə görüşmək üçün cəzaçəkmə müəssisələrinə buraxılmadığını deyir. Bu barədə o, facebook statusunda yazıb. Vəkil bildirir ki, 5 aydır ki, Penitensiar Xidmətin əməkdaşları onu müxtəlif bəhanələrlə cəzaçəkmə müəssisələrinin qapılarından geri qaytarırlar. Belə ki, 15 saylı cəzaçəkmə müəssisəsinə 3 dəfə buraxılmayıb. Ondan yeni məktub istənilib. Şəhla xanım və yanındakı digər vəkil uzun-uzadı…

Siyasi məhbusların son sözləri çap olundu

D18 Hərəkatı “Son Söz” adlı kitab dərc edib. Kitab son on ildə 62 nəfər (onlardan 20 nəfəri həbsdə və həbdən sonra vəfat edib) həbsdə olmuş siyasi məhbus kimi tanınan şəxslərin məhkəmələrdə son sözlərini və onlar haqqında qısa məlumatları əhatə edir. Kitabda son sözləri yer alanlar arasında jurnalistlər, bloqqerlər, yazarlar, siyasilər, vətəndaş cəmiyyəti fəalları, inanclı məhbuslar…

#FreeThemAll – Hamısını azad et

Azərbaycanda 2019-cu ilin əvvəllərində bir çoxu tərəfindən ölkədə islahatların başlanğıcı kimi qəbul olunan hadisələr qeydə alındı. Martın 16-da, Novruz bayramı ərəfəsində prezidentin əfv haqda sərəncamı ilə 399 məhbus azadlığa çıxdı. Onlardan 52 nəfəri siyasi məhbuslardır. Bu, siyasi məhbusların belə bir miqyasda ilk əfvi idi. Yerli hüquq müdafiəçiləri, azadlığa çıxan fəallar və onların vəkilləri buna əsasən…

Siyasi məhbus kimi tanınan daha 70 nəfər həbsdə qalıb

İşçi Qrupun siyasi məhbus siyahısından 52 nəfər azalıb Martın 16-da Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 52 siyasi məhbus kimi tanınan şəxs azadlığa buraxıldı. Bununla da, Siyasi Məhbusların Siyahısı üzrə İşçi Qrupun siyahısında 70 nəfər qalıb. Onlar 5 nəfər jurnalist – Araz Quliyev, Seymur Həzi, Elçin İsmayıllı, Əfqan Muxtarlı, Ziya Əsədli, bir nəfər hüquq…

Ruhulla Axundzadə və oğlu aclıq aksiyası keçirir

İslam Partiyası Astara rayon təşkilatının sədri Ruhulla Axundzadə saxlandığı 15 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başlayıb. Bu barədə Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Oqtay Gülalıyev Facebook səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, R. Axundzadə “kars”a (cərimə təcridxanası) salınmasına etiraz əlaməti olaraq bu addımı atıb. Onun həbsdə olan oğlu Məhəmmədəli Axundzadə də atasına dəstək olmaq məqsədilə…