Gəncə məhbusları iki gündür aclıq aksiyası keçirdiklərini bildirirlər

Gəncə hadisələrinə görə həbs olunanlardan 8 nəfər – Bəkrəm Əliyev, Həbib Qurbanov, Elmir Hüseynzadə, Vüqar Yusifov, Şahin Verdiyev, Emil Məmmədov, Mirzə Hüseynov və Asif Cavadov sentyabrın 5-dən aclıq aksiyasına başladıqlarını bildiriblər. Onlar sentyabrın 6-da öz məhkəmələrində bu barədə məlumat veriblər. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər bildiriblər ki,…

Jurnalist Seymur Həzi azadlığa çıxıb

Avqustun 29-da səhər saat 7.15-də jurnalist Seymur Həzi 5 illik azadlıqdan məhrumetmə müddəti bitəndən sonra azadlığa buraxılıb. Meydan TV-nin suallarına cavab verən Seymur Həzi bildirib ki, o, azadlığa çıxacağına və ya hər hansı təxribat olacağına hazır idi: “Ümumiyyətlə hər şeyə hazır idim. Azadlığımla bağlı xüsusi bir hissim yoxdur və elə bir fərq görmürəm. Adətən azad…

Aclıq edən siyasi məhbusa dəstək olanlar saxlanıldı

Bu gün müsavatçı siyasi məhbus Azad Həsənova dəstək olaraq Qış parkında dinc yürüş edən 15-ə qədər aktivist polis tərəfindən saxlanılıb. Onlardan biri – Müsavat Partiyası Gənclər Təşkilatının sədri Elman Quliyev 30 sutka müddətinə inzibati həbslə cəzalandırılıb, digərləri sərbəst buraxılıb. Bu barədə aksiyada iştirak etmiş jurnalist Fatimə Mövlamlı məlumat verib. Azad Həsənov mühacirətdə yaşasa da, atasının…

Hüquqşünas siyasi məhbus aclıq aksiyasına başlayıb

Avqustun 7-də Əliabbas Rüstəmovun şikayətinə Ali Məhkəmədə baxılacaq Yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı hüquqşünas Əliabbas Rüstəmov saxlanıldığı cəzaçəkmə müəssisəsində iyulun 25-dən aclığa başlayıb. Bu haqda məlumatı Əliabbas Rüstəmov özü telefonla jurnalistlər Şahvələd Çobanoğlu və Vidadi Məmmədova bildirib.Vəkillərinin yanına gələ bilməməsinə görə Əliabbas Rüstəmov aclıq aksiyasını yalnız indi ictimailəşdirə bilib. Əliabbas Rüstəmov…

SİYASİ MÜHACİRLƏR AZƏRBAYCANDAKI SİYASİ MƏHBUSLARA DƏSTƏK KAMPANİYASINA BAŞLAYIBLAR

Azərbaycanlı siyasi mühacirlərin “Demokratik Azərbaycanı Seç” (DAS) təşkilatının fəalları Almaniyanın Essen şəhərində üç aparıcı yerli media qurumunun (“NRZ Neue Ruhr/Neue Rhein Zeitung”, “WAZ Westdeutsche Allgemeine Zeitung” və “UZ Unsere Zeit”) redaksiya binası qarşısında Azərbaycanda siyasi məhbuslara dəstək aksiyası keçiriblər. Bu barəd “Eko Kavkaza” portalı məlumat verir. İyulun 19-u aksiya iştirakçılarından biri, fəal Elşən Abdullayev bildirib…

Fuad Əhmədli “islah olunmayıbmış”

AXCP üzvü, siyasi məhbus Fuad Əhmədli yenə həbsdə saxlanıldı. Onu vaxtından əvvəl şərti olaraq azadlığa buraxmaqdan imtina edən məhkəmə qərarını belə əsaslandırıb ki, Penitensiar Xidmət onunla bağlı mənfi xasiyyətnamə təqdim edərək bildirib ki, o, “islah olunmayıb”, “törətdiyi cinayətdən peşman deyil” və s. Fuad Əhmədli 2016-cı il 18 avqustda saxlanılıb və 16 iyun 2017-ci ildə “Əməliyyat‐axtarış…

”Polis rəisi deyirdi ki, harası ağrıyırsa, orasından vurun…”

Gəncə hadisələrinə görə həbs olunan şəxslərin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinin işi məhkəməyə göndərilib. Hətta iki qrupa artıq hökm də oxunub. Onlar isə hökmdən narazı qalıb apelyasiya şikayəti veriblər. Gəncə Apelyasiya Məhkəməsinin hakimləri Bakı Apelyasiya Məhkəməsində onların şikayətinə baxırlar. İyunun 4-də Bakı Apelyasiya Məhkəməsinin binasında hakim Çingiz Məmmədovun sədrliyilə 11 nəfərlik qrupun şikayətlərinə…