ATƏT seçkilərlə bağlı hesabat yayıb

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) 9 fevral növbədənkənar parlament seçkiləri ilə bağlı ehtiyacların dəyərləndirilməsi hesabatını yayıb. Qurum Azərbaycan hökumətinin dəvətilə dekabrın 19-dan 21-dək Ehtiyacların Qiymətləndirilməsi Missiyasını həyata keçirdiyini bildirir. Məqsəd ölkədə seçkiqabağı mühiti və seçkilərə hazırlığı qiymətləndirmək olub. Bu dəyərləndirmə əsasında DTİHB qarşıdan gələn seçkilərdə fəaliyyətlə bağlı qərar verir. Tövsiyələrə əməl olunubmu…

AŞPA məruzəçisi penitensiar müəssisələrdə bir sıra siyasi məhbuslarla görüşüb

AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottir Bakıya səfəri çərçivəsində penitensiar müəssisələrdə bir sıra məhbusla görüşüb. Məruzəçi Bakıya səfəri sentyabrın 5-7 tarixlərində edib. O, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınmış jurnalist Əfqan Muxtarlı, “Müsəlman Birliyi” hərəkatının lideri Taleh Bağırzadə, onun köməkçisi Abbas Hüseynov və Səid Dadaşbəyli ilə görüşüb. Siyasi məhbusların vahid siyahısının tərtib…