Aclıq edən siyasi məhbusa dəstək olanlar saxlanıldı

Bu gün müsavatçı siyasi məhbus Azad Həsənova dəstək olaraq Qış parkında dinc yürüş edən 15-ə qədər aktivist polis tərəfindən saxlanılıb. Onlardan biri – Müsavat Partiyası Gənclər Təşkilatının sədri Elman Quliyev 30 sutka müddətinə inzibati həbslə cəzalandırılıb, digərləri sərbəst buraxılıb. Bu barədə aksiyada iştirak etmiş jurnalist Fatimə Mövlamlı məlumat verib. Azad Həsənov mühacirətdə yaşasa da, atasının…

Əli Kərimli “səhvən” saxlanıldı və buraxıldı

Müsavat Partiyasının qərargahında iyunun 28-də siyasi motivlərlə həbs olunan şəxslər üçün keçrilən dəstək marafonuna polis müdaxiləsi olub. Polis AXCP sədri Əli Kərimlini saxlayıb. Partiyanın Rəyasət Heyətinin üzvü İlham Hüseynin Meydan TV-yə verdiyi məlumata görə, Əli Kərimli və mühafizəçi Ruslan Əmirov Binəqədi Rayon Polis İdarəsinə aparılıblar: “Dəstək marafonu qapalı şəraitdə, qərargahda keçirilir. Polisin bura xəbərdarlıq etmədən…