Mübariz İbrahimovu təhqir etməkdə ittiham olunan psixoloq məhkum edildi

Psixoloq Nərmin Şahmarzadə Milli Qəhrəman Mübariz İbrahimov haqqında Facebook səhifəsində yazdığı fikirlərə görə məhkum edildi. Oktyabrın 23-də Xətai rayon Məhkəməsində hakim Cavid Hüseyn bu barədə hökm çıxarıb. Hökmə əsasən, N.Şahmarzadə CM-in 148-ci maddəsiylə – M.İbrahimovun şərəfini ləkələməkdə, onu təhqir etməkdə təqsirli bilinib. Bu maddə ilə ona 400 saat ictimai işlər cəzası verilib. Hökmdən öncə N.Şahmarzadə son sözünü…

Mübariz İbrahimov işi: ‘Universitetdə üstümə yanan siqaret atdılar’

«Mübariz İbrahimov barədə statusuma görə mənə qarşı kampaniya başladılandan sonra təhsil aldığım Bakı Dövlət Universitetində dekan və müavini məni prorektor Sani Hacıyevin yanına apardılar. Prorektor məni kimlərinsə öyrətdiyini iddia etdi, publik şəkildə xalqdan üzr istəməyimi tələb etdi. Mən imtina edəndə dedi ki, «Mübarizi qəhrəman, ermənini də düşmən hesab etməyən şəxs bu universitetdə oxuya bilməz». Əlavə…