İnsan Hüquqları Klubunun Bəyanatı

19 və 20 oktyabr aksiyalarında sərbəst toplaşma azadlığının və işgəncələrə və pis rəftara məruz qalmamaq hüququnun pozuntularına dair   İnsan Hüquqları Klubunun Bəyanatı 19 oktyabrda Bakı şəhərinin mərkəzində müxalif Demokratik Qüvvələrin Milli Şurası bir sıra siyasi və sosial tələblərlə etiraz aksiyası, 20 oktyabrda isə qadın hüquqları üzrə fəallar məişət zorakılığı zəminində qadınların öldürülməsinə etiraz olaraq…

Qızı: Tofiq Yaqublu ağır işgəncə görüb, qabırğası sınıb

30 sutka inzibati cəza alan Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işgəncəyə məruz qaldığı bildirilir. Məlumatı onun qızı Nigar Həzi yayıb. Nigar Həzinin sözlərinə görə, atası oktyabrın 21-də zəng edərək işgəncəyə məruz qaldığını bildirib: “Ona şiddətli işgəncələrin verildiyini dedi, qabırğası sınıb. Atam təcili həkim müayinəsi tələb edir. Əgər Tofiq Yaqubluya bir şey olsa,…

Avropa İttifaqı: Bakıda polis həddən artıq güc tətbiq edib

Avropa İttifaqı rəsmi Bakını polisin 19 oktyabrda mitinq iştirakçılarına qarşı həddən artıq güc tətbiq etməsini araşdırmağa çağırıb. ‘Turan” İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Federika Mogerininin mətbuat katibi Mariya Kosyançiç bəyan edib. O, Bakıda oktyabrın 19-da dinc aksiya keçirmək istəyən onlarla insanın saxlanıldığını deyib. “Aksiya iştirakçılarının…

19 oktyabra təyin edilən mitinqlə bağlı Bakıda fövqəladə tədbirlər

Bu gün saat 15:00-a metronun 28 may stansiyasının qarşısına AXCP tərəfindən mitinq təyin edilib. Mitinqə hökumət tərəfindən icazə verilməyib. Mitinq başlayana qədər hökumət fövqəladə tədbirlər görməyə başlayıb. Jurnalistlərdən Mehin Kərimi, Əbülfət Baxşəli, Vüqar Mirzəbəy, Fərid İsmayılov, Gülnaz Qənbərli Nurlan Libre saxlanılıblar, sonuncu polis maşınında döyüldüyünü bildirib.  Jurnalistlərin bir hissəsi sonradan sərbəst buraxılıb. Aktivistlərin bəziləri polis…

Cümhuriyyət abidəsini ziyarət edəcək şəxsləri polis mühafizə edəcəkmi?

Real Partiyasının sədri İlqar Məmmədov facebook səhifəsində qeyd edib ki, 1 gün əvvəl Bakı şəhər Baş Polis İdarəsində özünü İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurulla Məmmədxanov və İstintaq İdarəsinin rəis müavini Fazil Zərbəliyev kimi təqdim etmiş şəxslərlə görüşüb. Görüşdə 28 mayda keçirilməsi nəzərdə tutulan Cümuriyyət günü ilə bağlı yürüşün bu il Bakıda keçiriləcək UEFA Avropa Liqasının…