Meydan TV-nin saytına qoyulmuş qadağa götürülməyib

Ali Məhkəmənin Meydan TV-nin işi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv etməsi yanlış anlaşılıb. Sosial şəbəkələrdə bu qərar Meydan TV-nin saytına qoyulmuş bloklanmanın götürülməsi kimi qələmə verilir. Apelyasiya Məhkəməsinin saytında Meydan TV ilə yanaşı Azadlıq Radiosu Turan TV, “Azərbaycan saatı” və s. bloklanmış media resursları ilə bağlı Apelyasiya Məhkəməsinin qərarının ləğv olunduğu qeyd olunub. Digər saytlarla…

SOCAR prezidenti Rövnəq Abdullayevə bağlı şirkətlər

SOCAR prezidenti Rövnəq Abdullayev təkcə ölkənin bir nömrəli dövlət şirkətini idarə etmir. Jurnalist araşdırması nəticəsində müəyyən olunub ki, onun nəzarəti altında Azərbaycanda onlarla başqa özəl şirkət də var. Bu şirkətlərin idarəçiliyi R. Abdullayevin qohumlarına və etibarlı adamlarına həvalə edilib. R.Abdullayevə bağlı olan şirkətlər əsasən tikinti və kənd təsərrüfatı istehsalı sahəsində çalışır. Lakin ötən ildən başlayaraq…

Daha 4 jurnalistin ölkədən çıxış qadağası götürüldü

Bazar ertəsi jurnalistlər Natiq Cavadlı, İzolda Ağayeva, Səlimə Cəlilova və yazar Rasim Qaraca Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı Mübarizə İdarəsinə dəvət olunub. Onlara 4 il (2015-ci ildən) qüvvədə olan ölkədən çıxış qadağasının ləğv edildiyi bildirilib. Natiq Cavadlı deyib ki, onları Baş Prokurorluq İdarəsinin rəisi Eldar Əhmədov dəvət edib: “Zərurətin aradan qalxması ilə əlaqədar ölkədən çıxış…

“Dövlət İncəsənət Muzeyindəki avadanlıqlar İtaliya adı ilə Çindən gətirilib”

Dövlət İncəsənət Muzeyinin dizayn işlərini görmək üçün Azərbaycana gələn Giuseppe Massascusa necə müflisləşdirildi… 2006-cı ilin iyulunda Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin binasında yenidənqurma və təmir işlərinə başlanılır. 2009-cu ilin sentyabrında prezident təmirdən sonra istifadəyə verilən muzeyin üçmərtəbəli binası ilə tanış olur. Kompleksin yeni layihəsinə uyğun olaraq, keçid korpusunun…