“FHN-in hərbi hissəsində əsgərlər döyülür, ayaqqabı şotkasıyla yer süpürdülür”

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Şirvan şəhərində yerləşən N saylı hərbi hissənin zabitlərindən şikayətlər var. Rayonun Çılpaqlıq qəsəbəsində yerləşən bu hərbi hissəyə Polkovnik-leytenant Azər Eldar oğlu Məmmədovun komandanlıq etdiyi bildirilir. Meydan TV-yə şikayət edən bir qrup əsgər zabitlərin onlara işgəncə verdiyini, alçaltmağa çalışdıqlarını deyir. Şikayətçilər arasında hərbi xidmətini başa vuranlar da var. Meydan…

2,14 milyon manatlıq saat

DailyMail nəşrinin yazdığına görə, İspaniyanın məşhur İbiza çimərliyində azərbaycanlı turistdən zorla bahalı saatını alıblar. Belə ki, 22 yaşlı turist dostu ilə sahillə gəzərkən, cinayət hadisəsi baş verib. 22 yaşlı gənc qolundan və biləyindən yaralanıb. O, dərhal yerli polisə müraciət edib. Xəbər yayılandan sonra Azərbaycan sosial mediasında bu şəxsin kim olması, daha doğrusu onun hansı məmurun…

SOCAR prezidenti Rövnəq Abdullayevə bağlı şirkətlər

SOCAR prezidenti Rövnəq Abdullayev təkcə ölkənin bir nömrəli dövlət şirkətini idarə etmir. Jurnalist araşdırması nəticəsində müəyyən olunub ki, onun nəzarəti altında Azərbaycanda onlarla başqa özəl şirkət də var. Bu şirkətlərin idarəçiliyi R. Abdullayevin qohumlarına və etibarlı adamlarına həvalə edilib. R.Abdullayevə bağlı olan şirkətlər əsasən tikinti və kənd təsərrüfatı istehsalı sahəsində çalışır. Lakin ötən ildən başlayaraq…

Qala divarlarına qarşı vandalizm

İçərişəhərdə qala divarlarına bitişik tikililərlə bağlı bir neçə gündür, sosial mediada görünən narahatlıq dünən yayılmış görüntülərlə haqlı təsdiqini tapdı. Belə ki, divarlara İçərişəhər tərəfdən bitişik olan Kiçik Qala və Qüllə küçələrində tikilmiş və hazırda da tikintisi davam edən bəzi restoranlar tarixi qala divarlarına bitişikdir. Bu barədə məlumat əldə etmək istəyən şəxslərə bildirilib ki, tikinti bitəndən…

“Dövlət İncəsənət Muzeyindəki avadanlıqlar İtaliya adı ilə Çindən gətirilib”

Dövlət İncəsənət Muzeyinin dizayn işlərini görmək üçün Azərbaycana gələn Giuseppe Massascusa necə müflisləşdirildi… 2006-cı ilin iyulunda Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin binasında yenidənqurma və təmir işlərinə başlanılır. 2009-cu ilin sentyabrında prezident təmirdən sonra istifadəyə verilən muzeyin üçmərtəbəli binası ilə tanış olur. Kompleksin yeni layihəsinə uyğun olaraq, keçid korpusunun…