Prokurorluq jurnalistin ölkədən çıxışına qadağanı götürməkdən imtina edib

Şahvələd Çobanoğlu: ”Bunlar mənim jurnalist dəyərlərimi və ictimai baxışlarımı dəyişən deyil” Vəkil Zibeydə Sadıqova hüquqlarını müdafiə etdiyi jurnalist Şahvələd Çobanoğlunun ölkədən çıxışına qadağanın götürülməsi ilə bağlı Baş Prokurorluğa müraciət edib. Son vaxtlar bir neçə jurnalistin ölkədən çıxışına qadağanın götürülməsindən sonra vəkil Şahvələd Çobanoğlunun üzərindən də səfər qadağasının qaldırılacağını gözləyirmiş. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq…

Jurnalist “Bandotdel”-ə çağırılıb

24saat.org saytının redaktoru Vüqar Qurdqanlı “Bandotdel”-ə (Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə) çağırılıb. Bu barədə o, özü məlumat verib: “Bu gün 16:45-də istifadə etdiyim 0552669250 nömrəli telefona 0502119335 nömrəli telefondan zəng gəldi. Danışan şəxs özünü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçisi kimi təqdim etdi, adının Heydər olduğunu bildirdi. Mənim idarəyə dəvət olunduğumu dedi. Rəsmi çağırış…

Mehman Hüseynov su içməyə başladı, amma aclığı davam etdirir

Bloger Mehman Hüseynov altıncı gündür ki, aclığı davam etdirir. Ancaq dekabrın 30-da siyasi mühacirətdə olan qardaşı, hüquq müdafiəçisi Emin Hüseynovun təkidilə səhhətinin kritk olması ilə əlaqədar quru aclığı dayandırıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov “Turan”a bildirib: “Dünən biz telefonla danışdıq. Quru aclığın beşinci günündə Mehmanın halı pisləşib. Mehman damarların varikoz…