Gəncə məhbusları iki gündür aclıq aksiyası keçirdiklərini bildirirlər

Gəncə hadisələrinə görə həbs olunanlardan 8 nəfər – Bəkrəm Əliyev, Həbib Qurbanov, Elmir Hüseynzadə, Vüqar Yusifov, Şahin Verdiyev, Emil Məmmədov, Mirzə Hüseynov və Asif Cavadov sentyabrın 5-dən aclıq aksiyasına başladıqlarını bildiriblər. Onlar sentyabrın 6-da öz məhkəmələrində bu barədə məlumat veriblər. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər bildiriblər ki,…

“Gəncə işi”ndə işgəncə

2018-ci il 10 iyul Gəncə hadisəsinə görə haqsız olaraq həbs edilmiş Hüseynzadə Elmir Natiq oğlunun ailəsinə göndərdiyi məktubu valideyinləri vetenugrunda.az-a təqdim ediblər. Məktubu olduğu kimi diqqətinizə çatdırırıq: “… Mən bir neçə nəfərin eyni istiqamətdə qaçdığını gördüm, nə baş verdiyini anlamadım və qeyri-ixtiyari mən də həmin istiqamətdə 8-9 addım qaçdım, lakin öndə qaçan qara paltarlı bir…

İşgəncələrlə tanınmış məmur nazir oldu

Prezident İlham Əliyevin bugünkü sərəncamları ilə Mədət Quliyev Dövlət Təhlükəsizlik Xidməyinin sədri vəzifəsindən azad olunub, yenidən bərpa edilmiş Müdafiə Sənayesi naziri vəzifəsinə təyin edildi. Mədət Quliyevin yerinə keçmiş Milli Təhlükəsizlik nazirinin müavini Əli Nağıyev təyin edildi. Bundan başqa digər sərəncamlarla 25 ildən artıqdır ki, Daxili İşlər naziri olan Ramil Usubov vəzifəsindən azad edilərək, Dövlət Təhlükəsizlik…

”Polis rəisi deyirdi ki, harası ağrıyırsa, orasından vurun…”

Gəncə hadisələrinə görə həbs olunan şəxslərin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinin işi məhkəməyə göndərilib. Hətta iki qrupa artıq hökm də oxunub. Onlar isə hökmdən narazı qalıb apelyasiya şikayəti veriblər. Gəncə Apelyasiya Məhkəməsinin hakimləri Bakı Apelyasiya Məhkəməsində onların şikayətinə baxırlar. İyunun 4-də Bakı Apelyasiya Məhkəməsinin binasında hakim Çingiz Məmmədovun sədrliyilə 11 nəfərlik qrupun şikayətlərinə…

Vəkilin polis bölməsində döyüldüyü bildirilir

Vəkillərdən biri polisin saxladığı şəxsin hüquqlarını müdafiə etmək üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsində gedib. Nəticədə vəkilin özü də orada döyülüb, hüquqlarını müdafiə etdiyi şəxslə birlikdə bölmədəki müvəqqəti saxlama yerinə salınıb. Müxtəlif vəkillər sosial şəbəkələrdə bu barədə məlumatlar paylaşaraq, həmkarlarına qarşı zorakılığı pisləyiblər. Vəkillər Kollegiyasının sədri Anar Bağırov da məsələyə münasibət bildirib: “İstənilən…

Həbsxana rəisinin Qarabağ qazisini cəzalandırdığı deyilir

AXCP Nərimanov şöbəsinin sədri, Qarabağ qazisi Babək Həsənov ona verilmiş üç illik həbs cəzasını 6 saylı cəzaçəkmə müəssisəsində çəkəcək. AXCP mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, B.Həsənov mayın 15-də ora köçürülüb və dərhal da cəzalandırılıb. Onun cəzaçəkmə müəssisəsində “karsa” salındığı bildirilir: “6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudov vaxtilə 16 saylı cəzaçəkmə müəssisəsinin rəisi olub.…

“Tərtər məhbusu”: Bizi butulka, hətta boru ilə zorlayırdılar

“Azərbaycanda hüquq-mühafizə orqanlarında vətəndaşlara verilən işgəncələrlə bağlı şikayətlər araşdırılmadıqca, belə halların sayı da artır”. Bu fikir mayın 18-də Repressiya və İşgəncələr Əleyhinə Komitənin təşkil etdiyi ictimai dinləmələrdə səslənib. Komitənin təsisçilərindən hüquq müdafiəçisi Oqtay Gülalıyev son vaxtlar Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinə, Baş Prokurorluğa çağırılmasını xatırladaraq bildirib ki, ondan işgəncə və bunun nəticəsində baş vermiş…

Nardaran məhbusunun bacısı: “Ayağı şişib, qızdırma verir, müalicəyə qoymurlar”

Nardaran məhbuslarından Abbas Hüseynovun səhhətində ciddi problemlər var. Bu barədə onun bacısı Sevinc Hüseynova məlumat verib. Bacısı iddia edir ki, Abbasa verilən işgəncələr onun orqanizmində ciddi fəsadlar yaradıb: “Axırıncı dəfə Qobustan həbsxanasından aparılanda həbsxananın rəisi Aftandil Ağayev şəxsən özü ona işgəncə vermişdi. Onu qısa müddətə Kürdəxanı təcridxanasına köçürmüşdülər, oradan da Penitensiar Xidmətin Müalicə Müəssisəsinə apardılar.…

Hakimiyyət “heykəl məhbuslarına” qarşı niyə amansızdır?

Leyla ƏliyevaTəhlilçi, Oxford Universiteti Prezident İlham Əliyevin mart ayında əfv etdiyi məhbsular arasında iki heykəl məhbusu da vardı – Qiyas İbrahimov və Bayram Məmmədov. Gənclər 2016-ci ilin may ayında, hazırkı prezidentin atası – mərhum Heydər Əliyevin abidəsinin pyedestalına qrafiti yazandan sonra həbs olunmuşdular. Qrafiti hər il keçirilən Gül bayramı ilə bağlı idi və abidə pyedastalında…