Əfqan Muxtarlı aclıq aksiyasına başlayıb

Turan xəbər verir ki, 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən jurnalist Əfqan Muxtarlı bu gün aclıq aksiyasına başladığını elan edib. O, qanunsuzluğa və vəkili Nemət Kərimliyə fiziki təzyiqlərə etiraz edir. Ə.Muxtarlının bəyanatı sosial şəbəkələrdə yayılıb. “Sentyabrın 20-də baş vermiş qanunsuzluğa və vəkilimə qarşı zorakılığa etiraz olaraq aclığa başlayıram. Rəis müavini (koloniyanın) Emin Eminəliyev siyasi məhbuslara…

Gəncə məhbusları iki gündür aclıq aksiyası keçirdiklərini bildirirlər

Gəncə hadisələrinə görə həbs olunanlardan 8 nəfər – Bəkrəm Əliyev, Həbib Qurbanov, Elmir Hüseynzadə, Vüqar Yusifov, Şahin Verdiyev, Emil Məmmədov, Mirzə Hüseynov və Asif Cavadov sentyabrın 5-dən aclıq aksiyasına başladıqlarını bildiriblər. Onlar sentyabrın 6-da öz məhkəmələrində bu barədə məlumat veriblər. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər bildiriblər ki,…

Aclıq edən siyasi məhbusa dəstək olanlar saxlanıldı

Bu gün müsavatçı siyasi məhbus Azad Həsənova dəstək olaraq Qış parkında dinc yürüş edən 15-ə qədər aktivist polis tərəfindən saxlanılıb. Onlardan biri – Müsavat Partiyası Gənclər Təşkilatının sədri Elman Quliyev 30 sutka müddətinə inzibati həbslə cəzalandırılıb, digərləri sərbəst buraxılıb. Bu barədə aksiyada iştirak etmiş jurnalist Fatimə Mövlamlı məlumat verib. Azad Həsənov mühacirətdə yaşasa da, atasının…

Hüquqşünas siyasi məhbus aclıq aksiyasına başlayıb

Avqustun 7-də Əliabbas Rüstəmovun şikayətinə Ali Məhkəmədə baxılacaq Yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı hüquqşünas Əliabbas Rüstəmov saxlanıldığı cəzaçəkmə müəssisəsində iyulun 25-dən aclığa başlayıb. Bu haqda məlumatı Əliabbas Rüstəmov özü telefonla jurnalistlər Şahvələd Çobanoğlu və Vidadi Məmmədova bildirib.Vəkillərinin yanına gələ bilməməsinə görə Əliabbas Rüstəmov aclıq aksiyasını yalnız indi ictimailəşdirə bilib. Əliabbas Rüstəmov…

Ruhulla Axundzadə və oğlu aclıq aksiyası keçirir

İslam Partiyası Astara rayon təşkilatının sədri Ruhulla Axundzadə saxlandığı 15 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başlayıb. Bu barədə Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Oqtay Gülalıyev Facebook səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, R. Axundzadə “kars”a (cərimə təcridxanası) salınmasına etiraz əlaməti olaraq bu addımı atıb. Onun həbsdə olan oğlu Məhəmmədəli Axundzadə də atasına dəstək olmaq məqsədilə…