Hüquq müdafiəçisi, siyasi məhbus Əliabbas Rüstəmov məhkəmənin qərarı ilə şərti azadlığa buraxılıb

Oktyabrın 31-də hüquq müdafiəçisi, keçmiş vəkil Əliabbas Rüstəmov Nərimanov Rayon Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılıb. Bu barədə AzadlıqRadiosuna onun özü məlumat verib. Onun sözlərinə görə, bir müddət əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət etmişdi. “Bu gün, oktyabrın 31-də keçirilən məhkəmə prosesində cəzamın qalan hissəsi şərti ilə əvəz olundu”, – deyə Rüstəmov bildirib. Əliabbas…

Taleh Bağırzadənin xanımı məhkəmə qarşısına çıxarılacaq

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə cinayət məsuliyyətinə cəlb olunur. O, sentyabrın 27-nə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə çağırılıb. Bu barədə Meydan TV-yə danışan L.İsmayılzadə bildirib ki, onunla əlaqə saxlayan müstəntiq birbaşa deməsə də, deyilənlərdən barəsində cinayət işi başlandığı aydın olub: “Dedi ki, vəkillərimlə gəlim. Həm də belə bir cümlə işlətdi ki,…

Həbs müddəti başa çatan şəxs azadlığa buraxılmır

İctimai fəal Rafael Hüseynzadənin həbs müddətindən 4 gün keçməsinə baxmayaraq azadlığa buraxılmayıb. “Rafael Hüseynzadə Abşeron rayon Məhkəməsinin 2 sentyabr qərarı ilə inzibati qaydada 15 sutka həbs edilib. Lakin Hüseynzadənin həbs müddəti sentyabrın 17-də başa çatsa da, o, hələ də qanunsuz olaraq həbs yerində saxlanılır,” vəkil Amerikanın Səsinə bildirib. Vəkilin sözlərinə görə, sentyabrın 20-də Sumqayıt Apellyasiya Məhkəməsi…

Əfqan Muxtarlının vəkili cəzaçəkmə müəssisəsində fiziki təzyiqə məruz qalıb

Həbsdə olan jurnalist, siyasi məhbus Əfqan Muxtarlının vəkili Nemət Kərimli bu gün – 20 sentyabr 2019-cu ildə 16 saylı cəzaçəkmə müəssisəsində fizikin təzyiqə məruz qaldığını bildirib. Bu barədə vəkl facebook hesabına yazıb. Cənab Kərimli bildirib ki, cəzaçəkmə müəssisəsinə daxil olanda onun üzərində axtarış aparmaq istəyiblər. Bu, qanunazidd olsa da, gərginlik yaratmamaq üçün icazə verib və…

Avropalı məruzəçi Azərbaycana niyə gəlib, kimlərlə görüşüb və nə danışıb?

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycandakı siyasi məhbus sayılan şəxslər üzrə məruzəçisi Torhildur Sunna Evarsdottir dünən Azərbaycana gəlib. Səfəri çərçivəsində o, bir qrup hüquq müdafiəçisi ilə görüşüb. Görüşdə iştirak edən hüquq müdafiəçisi Rəsul Cəfərov məruzəçinin Azərbaycan səfəri ilə bağlı Mikroskop-un suallarını cavablandırıb. Torhildur Sunna Evarsdottir Azərbaycana niyə gəlib? Görüş zamanı o, açıq qeyd etdi ki,…

Cahangir Hacıyev məhkəmədə Kremlin yanındakı malikanələrdən danışıb

Beynəlxalq Bankdan 4.7 milyard manatlıq məninmsəmə ilə bağlı 9 ay davam edən məhkəmə prosesi yekunlaşır. Sentyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev son sözünü deyib. 2015-ci il dekabrın 4-dən həbsdə olan və bundan əvvəlki cinayət işi üzrə 15 il azadlıqdan məhrum edilən C.Hacıyevə bu dəfə prokuror əvvəlki hökm də nəzərə…

Jurnalist Seymur Həzi azadlığa çıxıb

Avqustun 29-da səhər saat 7.15-də jurnalist Seymur Həzi 5 illik azadlıqdan məhrumetmə müddəti bitəndən sonra azadlığa buraxılıb. Meydan TV-nin suallarına cavab verən Seymur Həzi bildirib ki, o, azadlığa çıxacağına və ya hər hansı təxribat olacağına hazır idi: “Ümumiyyətlə hər şeyə hazır idim. Azadlığımla bağlı xüsusi bir hissim yoxdur və elə bir fərq görmürəm. Adətən azad…

Əli Kərimli “səhvən” saxlanıldı və buraxıldı

Müsavat Partiyasının qərargahında iyunun 28-də siyasi motivlərlə həbs olunan şəxslər üçün keçrilən dəstək marafonuna polis müdaxiləsi olub. Polis AXCP sədri Əli Kərimlini saxlayıb. Partiyanın Rəyasət Heyətinin üzvü İlham Hüseynin Meydan TV-yə verdiyi məlumata görə, Əli Kərimli və mühafizəçi Ruslan Əmirov Binəqədi Rayon Polis İdarəsinə aparılıblar: “Dəstək marafonu qapalı şəraitdə, qərargahda keçirilir. Polisin bura xəbərdarlıq etmədən…

İzah: Avropa Şurasının Azərbaycana qarşı pozuntu proseduru

EHRAC-ın Hüquq Məsləhətçisi Ramute Remezaite və Stajoru Jack Dahlsen pozuntu prosedurunun mahiyyətini və onun Azərbaycana qarşı tətbiqinin əhəmiyyətini izah edir. Ramute bundan öncə, 2017-ci ilin martında Azərbaycana qarşı pozuntu prosedurunun tətbiqi ehtimalını European Journal of International Law Talk! blog-u üçün müzakirə etmişdi. Bu mövzuyla bağlı həmçinin 2017-ci ilin aprelində Dr. Alice Donald’un EJIL Talk! üçün…

Tbilisidə azərbaycanlıların aksiyası

Bu gün jurnalist, siyasi məhbus Əfqan Muxtarlının Gürcüstanda oğurlanıb, Azərbaycana gətirilməsindən 2 il keçir. Gürcüstan hakimiyyət orqanları ilə Azərbaycan hüquq mühafizə orqanlarının birlikdə həyata keçirdiyi əməliyyat olduğu ehtimal olunan hadisə nəticəsində Əfqan Muxtarlı həbs edilmiş, işgəncəyə məruz qalmış, jurnalistlik fəaliyyətinə görə uydurma ittihamlarla cinayət məsuliyyətinə cəlb edilərək, 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bu gün…