Gəncə məhbusları iki gündür aclıq aksiyası keçirdiklərini bildirirlər

Gəncə hadisələrinə görə həbs olunanlardan 8 nəfər – Bəkrəm Əliyev, Həbib Qurbanov, Elmir Hüseynzadə, Vüqar Yusifov, Şahin Verdiyev, Emil Məmmədov, Mirzə Hüseynov və Asif Cavadov sentyabrın 5-dən aclıq aksiyasına başladıqlarını bildiriblər. Onlar sentyabrın 6-da öz məhkəmələrində bu barədə məlumat veriblər. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər bildiriblər ki,…

Gəncə məhbusu ölüm ayağındadır

2018-ci ildә baş vermiş Gәncә hadisәlәrinә görә hәbs olunmuş Aydın Qurbanov koma vәziyyәtindәdir. Bu barәdә AzadlıqRadiosuna mәlumat verәn mәhbusun yoldaşı Mәhbubә Qurbanova әlavә etdi ki, bu gün, iyulun 8-dә hәyat yoldaşına Penitensiar Xidmәtinin Müalicә Müәssisәsindә baş çәkib. 15 dәqiqә baş çәkәn görüş zamanı Qurbanov qan qusmaqa başlayıb vә koma vәziyyәtinә düşüb. Qurbanova әlavә etdi ki,…

“Gəncə işi”ində yeganə “mötəbər sübut” təqdim olundu

Hüquq müdafiəçisi Oktay Gülalıyev “Gəncə işi” ilə bağlı məlumat verir. Oktay Gülalıyev facebook hesabında bildirir: “Nəhayət, “Gəncə işi” ilə bağlı hamının maraqla gözlədiyi hadisə baş verdi. İttiham tərəfi- prokurorluq adam öldürmə (CM 120- ci maddə), iğtişaşların təşkili (220.1- ci maddə), polisə silahlı hücum etmək (315.2- ci maddə), qanunsuz silah gəzdirmə (224- cü maddə), terror (277-…

Gəncə olayları zamanı həbs olunanlardan üç nəfər aclıq aksiyasına başlayıb

“Gəncə işi” üzrə həbs olunanlardan üçü – Səbuhi Rəcəbov, Gülmirzə Nuruzadə və Eyruz Hacıyev aclıq aksiyasına başlayıblar. Bu barədə onların yaxınları bildiriblər. Onlar qanunsuz həbsə, işgəncələrə məruz qalmalarına və ədalətsiz istintaqa etiraz edirlər. Həbs olunanlar bildiriblər ki, hüquqlarının bərpası tələbilə müddətsiz aksiya keçirəcəklər.   Abzas.net

Gəncə hadisələrinə görə həbs olunanlardan birinin vəziyyətinin ağırlaşdığı deyilir

”Hamısı onlara verilən işgəncələrin nəticəsidir” Ötən ilin iyulunda Gəncə hadisələrilə əlaqədar həbs olunanlardan Şahin Verdiyevin səhhətində ciddi problemlər yaranıb. Onun yaxınlarının Meydan TV-yə bildirdiyinə görə, Ş.Vəliyev infarkt keçirib, elə bir vəziyyətdə olub ki, onu saxlandığı Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürməli olublar. Yaxınları deyir ki, Ş.Verdiyev hələ ötən həftə təcridxanada anasıyla görüşəndə, daha…