“Gəncə işi”ndə işgəncə

2018-ci il 10 iyul Gəncə hadisəsinə görə haqsız olaraq həbs edilmiş Hüseynzadə Elmir Natiq oğlunun ailəsinə göndərdiyi məktubu valideyinləri vetenugrunda.az-a təqdim ediblər. Məktubu olduğu kimi diqqətinizə çatdırırıq: “… Mən bir neçə nəfərin eyni istiqamətdə qaçdığını gördüm, nə baş verdiyini anlamadım və qeyri-ixtiyari mən də həmin istiqamətdə 8-9 addım qaçdım, lakin öndə qaçan qara paltarlı bir…

“Gəncə işi”ində yeganə “mötəbər sübut” təqdim olundu

Hüquq müdafiəçisi Oktay Gülalıyev “Gəncə işi” ilə bağlı məlumat verir. Oktay Gülalıyev facebook hesabında bildirir: “Nəhayət, “Gəncə işi” ilə bağlı hamının maraqla gözlədiyi hadisə baş verdi. İttiham tərəfi- prokurorluq adam öldürmə (CM 120- ci maddə), iğtişaşların təşkili (220.1- ci maddə), polisə silahlı hücum etmək (315.2- ci maddə), qanunsuz silah gəzdirmə (224- cü maddə), terror (277-…

Müalicədə olan Gəncə məhbusunun xanımı:“Mənzildən çıxarıldıq, oğlum da…”

Ötən ilin iyulunda Gəncə olayları zamanı həbs edilənlərdən Aydın Qurbanovun vəziyyətinin ağır olduğu bildirilir. Hazırda Penitensiar Xidmətinin Müalicə Mərkəzində olan Aydın Qurbanov mayın 12-də həyat yoldaşı Məhbubə Qurbanova ilə telefon əlaqəsi saxlayıb. Bu barədə AzadliqRadiosuna danışan Məhbubə Qurbanova bildirib ki, Aydın Qurbanov mədə-bağırsaq ağrılarından əziyyət çəkir, çətin nəfəs alır, yeməkdən də faktiki kəsilib: “Mən onun…

Gəncə olayları zamanı həbs olunanlardan üç nəfər aclıq aksiyasına başlayıb

“Gəncə işi” üzrə həbs olunanlardan üçü – Səbuhi Rəcəbov, Gülmirzə Nuruzadə və Eyruz Hacıyev aclıq aksiyasına başlayıblar. Bu barədə onların yaxınları bildiriblər. Onlar qanunsuz həbsə, işgəncələrə məruz qalmalarına və ədalətsiz istintaqa etiraz edirlər. Həbs olunanlar bildiriblər ki, hüquqlarının bərpası tələbilə müddətsiz aksiya keçirəcəklər.   Abzas.net

Gəncə hadisələrinə görə həbs olunanlardan birinin vəziyyətinin ağırlaşdığı deyilir

”Hamısı onlara verilən işgəncələrin nəticəsidir” Ötən ilin iyulunda Gəncə hadisələrilə əlaqədar həbs olunanlardan Şahin Verdiyevin səhhətində ciddi problemlər yaranıb. Onun yaxınlarının Meydan TV-yə bildirdiyinə görə, Ş.Vəliyev infarkt keçirib, elə bir vəziyyətdə olub ki, onu saxlandığı Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürməli olublar. Yaxınları deyir ki, Ş.Verdiyev hələ ötən həftə təcridxanada anasıyla görüşəndə, daha…