İnsan Hüquqları Klubu Avropa Məhkəməsində qalib gəldi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün “Cəfərov və digərləri Azərbaycana qarşı” işi üzrə qərarını açıqlayıb və ərizəçilərin birləşmək azadlığının pozulduğunu elan edib. Ərizəçilərə 4500 avro məbləğində pul təzminatı və məhkəmə xərclərinin ödənilməsi üçün əlavə olaraq 2040 avro ödənilməsi barədə qərar qəbul edib. Nə baş verib: Vətəndaş cəmiyyəti fəalları Rəsul Cəfərov, Emin Hüseynov və Səbuhi Qafarov…

Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı verdiyi qərar nə deməkdir? Rəsul Cəfərov izah edir

Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası bu gün Azərbaycanın Avropa Şurasındakı üzvlük öhdəliyini pozduğu barədə qərarını açıqlayıb. Məhkəmə 46.1-ci maddənin pozuntusunu tanıyıb və qərar Nazirlər Komitəsinin müraciətinə əsasən qəbul edilib. Müraciətə səbəb isə Azərbaycan hökumətinin REAL Partiyasının sədri İlqar Məmmədovu azadlığa buraxmaması olub. Bu qərar niyə qəbul edilib və əhəmiyyəti nədir? Növbəti mərhələdə Avropa Məhkəməsi…