Alternativ xidmət haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU (Layihə)

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 78-ci maddəsinin II hissəsinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının əqidəsinə görə keçə bilmədikləri həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasının hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. Qanun layihəsinin tam mətni ilə qoşma fayldan tanış ola bilərsiniz: Alternativ Herbi Xidmet haqqinda

Milli azlıqların, azsaylı xalqların və etnik qrupların hüquqlarının qorunması haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU (Layihə)

Bu Qanunun məqsədi Azərbaycan Respublikasının ərazisində yaşayan milli azlıqların, azsaylı xalqların və etnik qrupların (bundan sonra etno-azlıqların) Azərbaycan Respublikası Konstitusiyasının 25-ci, 32-ci, 44-cü, 45-ci, 127-ci maddələri ilə habelə digər maddələrində təsbit olunmuş hüquq və azadlıqlarının sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə təmin edilməsinin Azərbaycanın qoşulduğu beynəlxalq hüquq normalarına sadiq qalmaqla hüquqi əsaslarını müəyyənləşdirməkdən ibarətdir.…

Vətəndaşların qanunvericilik təşəbbüsü haqqında Azərbaycan Respublikasının Qanunu (Layihə)

Bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsi ilə təsbit olunmuş Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququndan istifadə etmək qaydasını müəyyən etməkdən ibarətdir. Qanun layihəsinin tam mətni ilə qoşma fayldan tanış ola bilərsiniz: Qanunverilicik_teshebbusu_huququ