10 gün ərzində 3-cü azərbaycanlı mühacir Almaniyada intihara cəhd edib

On gün ərzində artıq üçüncü mühacir Almaniyada intihara cəhd edib. Bu barədə “Turan”a danışan Almadiyada fəaliyyət göstərən “Leqat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat verib. Hüquqşünas deyib ki, mühacirlər Azərbaycana deportasiya edilməməsi üçün intiharlara əl atır. Onun sözlərinə görə, sonuncu belə hadisə bir neçə gün əvvəl Almaniyanın Deggendorf şəhərində baş verib: “Şəhərin qaçın düşərgəsində qalan…