Bayram Məmmədov universitetdən xaric edilib

Keçmiş “heykəl məhbusu” Bayram Məmmədov təhsil aldığı Slavyan Universitetindən xaric olunub. Bu barədə mayın 14-də universitetdən Bayram Məmmədovun ailəsinə zəng edib deyiblər. Məlumatı Meydan TV-yə Bayram Məmmədovun özü verib. Universitetin Tərcümə fakültəsində təhsil aldığını söyləyən Bayram Məmmədov deyir ki, sabah, mayın 15-də vəkili Elçin Sadıqovla məsləhətləşəndən sonra məhkəməyə şikayət edəcək. Gənc fəalın sözlərinə görə, universitetdən…

Hakimiyyət “heykəl məhbuslarına” qarşı niyə amansızdır?

Leyla ƏliyevaTəhlilçi, Oxford Universiteti Prezident İlham Əliyevin mart ayında əfv etdiyi məhbsular arasında iki heykəl məhbusu da vardı – Qiyas İbrahimov və Bayram Məmmədov. Gənclər 2016-ci ilin may ayında, hazırkı prezidentin atası – mərhum Heydər Əliyevin abidəsinin pyedestalına qrafiti yazandan sonra həbs olunmuşdular. Qrafiti hər il keçirilən Gül bayramı ilə bağlı idi və abidə pyedastalında…

Yenicə azadlığa buraxılmış “heykəl məhbusu” yenidən həbs edildi

Martın 17-də Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı ilə azadlığa buraxılan “heykəl məhbusu” Bayram Məmmədov yenidən saxlanılıb. Yaxıınlarının məlumatına görə, o, polisə müqavimət göstərməkdə ittiham edilərək, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs cəzası alııb. Bayram Məmmədovun atasının yanında saxlanıldığı, heç bir izahat verilmədən Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə aparıldığı bildirilir. Bayram…