AXCP fəalı oğurlanıb

AXCP fəalı Ruslan Əmirli sentyabrın 10-da Bakıda oğurlanaraq naməlum istiqamətə aparılıb. Onu Milli Onkologiya Mərkəzinin qarşısından aparıblar. Məlumatı onun dostları sosial şəbəkələrdə paylaşıblar. AXCP fəalını kimlərin oğurladığı bilinmir. Bir neçə gün qabaq onu özünü “fədailər qrupunun başçısı” kimi təqdim edən, sosial şəbəkədə əlisilahlı fotoları yayılmış Fuad Muradov ölümlə hədələmişdi. Ruslan Əmirli kütləvi tədbirlər zamanı partiya…

Əli Kərimli “səhvən” saxlanıldı və buraxıldı

Müsavat Partiyasının qərargahında iyunun 28-də siyasi motivlərlə həbs olunan şəxslər üçün keçrilən dəstək marafonuna polis müdaxiləsi olub. Polis AXCP sədri Əli Kərimlini saxlayıb. Partiyanın Rəyasət Heyətinin üzvü İlham Hüseynin Meydan TV-yə verdiyi məlumata görə, Əli Kərimli və mühafizəçi Ruslan Əmirov Binəqədi Rayon Polis İdarəsinə aparılıblar: “Dəstək marafonu qapalı şəraitdə, qərargahda keçirilir. Polisin bura xəbərdarlıq etmədən…

Xalq Cəbhəsinin ilk samizdat qəzeti – “Meydan”

1988-ci ilin fevralında Qarabağdakı erməni separatizminə qarşı Bakıda başlayan mitinqlər ilin sonuna yaxın yeni bir hədəfə yönəldi. 1988-ci ilin 17 noyabrından başlayan Meydan hərəkatında Azərbaycanın müstəqil dövlət olması ilə bağlı çağırışlar səsləndirilirdi. İstər indiki Azadlıq meydanında sovet qoşunlarının 5 dekabrda dağıtdığı 18 günlük mitinqlər, istərsə də bundan öncəki mitinqlər bir ehtiyacı ortaya çıxardı – Azərbaycanın…

”Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər”

AXCP funksioneri ona işgəncə verildiyini bildirib Bakı Ağır Cinayətlər Məhkəməsində işlərinə baxılan AXCP Rəyasət Heyətinin üzvləri Babək Həsənov, Aqil Məhərrəmli, partiyanın Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirli, Gədəbəy rayonunun sabiq icra başçısı Saleh Rüstəmli və onun qardaşı oğlu Vidadi Rüstəmli özlərini təqsirli bilməyiblər. Azadlıq Radiosunun məlumatına görə, ittihamda təqsirləndirilən şəxslərlə yanaşı, AXCP sədri Əli Kərimli,…