Xalq Cəbhəsinin ilk samizdat qəzeti – “Meydan”

1988-ci ilin fevralında Qarabağdakı erməni separatizminə qarşı Bakıda başlayan mitinqlər ilin sonuna yaxın yeni bir hədəfə yönəldi. 1988-ci ilin 17 noyabrından başlayan Meydan hərəkatında Azərbaycanın müstəqil dövlət olması ilə bağlı çağırışlar səsləndirilirdi. İstər indiki Azadlıq meydanında sovet qoşunlarının 5 dekabrda dağıtdığı 18 günlük mitinqlər, istərsə də bundan öncəki mitinqlər bir ehtiyacı ortaya çıxardı – Azərbaycanın…