ATƏT seçkilərlə bağlı hesabat yayıb

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) 9 fevral növbədənkənar parlament seçkiləri ilə bağlı ehtiyacların dəyərləndirilməsi hesabatını yayıb. Qurum Azərbaycan hökumətinin dəvətilə dekabrın 19-dan 21-dək Ehtiyacların Qiymətləndirilməsi Missiyasını həyata keçirdiyini bildirir. Məqsəd ölkədə seçkiqabağı mühiti və seçkilərə hazırlığı qiymətləndirmək olub. Bu dəyərləndirmə əsasında DTİHB qarşıdan gələn seçkilərdə fəaliyyətlə bağlı qərar verir. Tövsiyələrə əməl olunubmu…