SİYASİ MÜHACİRLƏR AZƏRBAYCANDAKI SİYASİ MƏHBUSLARA DƏSTƏK KAMPANİYASINA BAŞLAYIBLAR

Azərbaycanlı siyasi mühacirlərin “Demokratik Azərbaycanı Seç” (DAS) təşkilatının fəalları Almaniyanın Essen şəhərində üç aparıcı yerli media qurumunun (“NRZ Neue Ruhr/Neue Rhein Zeitung”, “WAZ Westdeutsche Allgemeine Zeitung” və “UZ Unsere Zeit”) redaksiya binası qarşısında Azərbaycanda siyasi məhbuslara dəstək aksiyası keçiriblər. Bu barəd “Eko Kavkaza” portalı məlumat verir. İyulun 19-u aksiya iştirakçılarından biri, fəal Elşən Abdullayev bildirib…

10 gün ərzində 3-cü azərbaycanlı mühacir Almaniyada intihara cəhd edib

On gün ərzində artıq üçüncü mühacir Almaniyada intihara cəhd edib. Bu barədə “Turan”a danışan Almadiyada fəaliyyət göstərən “Leqat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat verib. Hüquqşünas deyib ki, mühacirlər Azərbaycana deportasiya edilməməsi üçün intiharlara əl atır. Onun sözlərinə görə, sonuncu belə hadisə bir neçə gün əvvəl Almaniyanın Deggendorf şəhərində baş verib: “Şəhərin qaçın düşərgəsində qalan…

Almaniyadakı mühacirə cinayət işi açılıb, axtarışa verilib

Almaniyada yaşayan azərbaycanlı mühacir, blogger Tural Sadiqli ona cinayət işinin açıldığını deyir. Bloggerin sözlərinə görə, 3 polis əməkdaşı onun ailəsinin Bakıda yaşadığı evə gəlib və bu barədə məlumat verib: Niyə barəmdə cinayət işinin açılması xəbərini mənim özümə açıq-aşkar bildirirlər? Qənaətimcə, Azərbaycan höküməti hesab edir ki, mənim Azərbaycana qayıtmağım cəmiyyətin canından çıxmaqda olan qorxu hissinin dağılmasını…