Mübariz İbrahimov işi: ‘Universitetdə üstümə yanan siqaret atdılar’

«Mübariz İbrahimov barədə statusuma görə mənə qarşı kampaniya başladılandan sonra təhsil aldığım Bakı Dövlət Universitetində dekan və müavini məni prorektor Sani Hacıyevin yanına apardılar. Prorektor məni kimlərinsə öyrətdiyini iddia etdi, publik şəkildə xalqdan üzr istəməyimi tələb etdi. Mən imtina edəndə dedi ki, «Mübarizi qəhrəman, ermənini də düşmən hesab etməyən şəxs bu universitetdə oxuya bilməz». Əlavə…

Fuad Abbasov azərbaycanlı oliqarxın sifarişi ilə saxlanılıb?

Mayın 22-dә Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Beynəlxalq Diaspor Mərkəzinin (BDM) tәşkilatçılığı ilә Rusiyada saxlanan jurnalist Fuad Abbasovla bağlı tədbir keçirilib. Tədbirdə F.Abbasov ətrafında baş verən hadisələrdən narahatlıq bildirilib. İştirakçıların fikrincə, F.Abbasov Rusiyada yaşayan, ancaq adını çəkmədikləri Azərbaycan əsilli oliqarxın sifarişi ilә saxlanıb. F.Abbasovun anası Büllur Abbasova bildirib ki, oğlunun başına gələn hadisələrin təşkilatçısını hamı yaxşı…

“Tərtər məhbusu”: Bizi butulka, hətta boru ilə zorlayırdılar

“Azərbaycanda hüquq-mühafizə orqanlarında vətəndaşlara verilən işgəncələrlə bağlı şikayətlər araşdırılmadıqca, belə halların sayı da artır”. Bu fikir mayın 18-də Repressiya və İşgəncələr Əleyhinə Komitənin təşkil etdiyi ictimai dinləmələrdə səslənib. Komitənin təsisçilərindən hüquq müdafiəçisi Oqtay Gülalıyev son vaxtlar Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinə, Baş Prokurorluğa çağırılmasını xatırladaraq bildirib ki, ondan işgəncə və bunun nəticəsində baş vermiş…

Almaniyadakı mühacirə cinayət işi açılıb, axtarışa verilib

Almaniyada yaşayan azərbaycanlı mühacir, blogger Tural Sadiqli ona cinayət işinin açıldığını deyir. Bloggerin sözlərinə görə, 3 polis əməkdaşı onun ailəsinin Bakıda yaşadığı evə gəlib və bu barədə məlumat verib: Niyə barəmdə cinayət işinin açılması xəbərini mənim özümə açıq-aşkar bildirirlər? Qənaətimcə, Azərbaycan höküməti hesab edir ki, mənim Azərbaycana qayıtmağım cəmiyyətin canından çıxmaqda olan qorxu hissinin dağılmasını…

Müalicədə olan Gəncə məhbusunun xanımı:“Mənzildən çıxarıldıq, oğlum da…”

Ötən ilin iyulunda Gəncə olayları zamanı həbs edilənlərdən Aydın Qurbanovun vəziyyətinin ağır olduğu bildirilir. Hazırda Penitensiar Xidmətinin Müalicə Mərkəzində olan Aydın Qurbanov mayın 12-də həyat yoldaşı Məhbubə Qurbanova ilə telefon əlaqəsi saxlayıb. Bu barədə AzadliqRadiosuna danışan Məhbubə Qurbanova bildirib ki, Aydın Qurbanov mədə-bağırsaq ağrılarından əziyyət çəkir, çətin nəfəs alır, yeməkdən də faktiki kəsilib: “Mən onun…

Gəncə olayları zamanı həbs olunanlardan üç nəfər aclıq aksiyasına başlayıb

“Gəncə işi” üzrə həbs olunanlardan üçü – Səbuhi Rəcəbov, Gülmirzə Nuruzadə və Eyruz Hacıyev aclıq aksiyasına başlayıblar. Bu barədə onların yaxınları bildiriblər. Onlar qanunsuz həbsə, işgəncələrə məruz qalmalarına və ədalətsiz istintaqa etiraz edirlər. Həbs olunanlar bildiriblər ki, hüquqlarının bərpası tələbilə müddətsiz aksiya keçirəcəklər.   Abzas.net

Narkotik ittihamı ilə həbs edilən jurnalist aclıq aksiyasına başlayır

Mayın 3-də Xətai Rayon Məhkəməsi “Bakupress” Milli İnformasiya Agentliyinin baş redaktoru Şəfəq Ağacan barəsində ilkin istintaq dövrü üçün üç aylıq həbs-qətimkan tədbiri seçib. Şəfəq Ağacan məhkəmədən çıxarılarkən bildirib ki, ona böhtan atılıb: “Etiraz olaraq, bu gündən aclıq aksiyasına başlayıram”. Baş redaktor mayın 1-də saxlanılıb. “ONA”-nın verdiyi məlumata görə, polis paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər…

Daha bir tələbə Mehman Hüseynova dəstək verdiyinə görə universitetdən qovula bilər

Bakı Dövlət Üniversitetinin tələbəsi Rüstəm İbrahimbəyli Universitetdə ona qarşı qanunsuzluğun baş verməsi ilə bağlı facebook-da ictimaiyyətə müraciət edib: “Universitetdə mənə qarşı xəbərim olmayan bir qanunsuzluq daha olub. İlk dəfədir ki, şəxsən müraciət edirəm ki, bu məsələni ictimailəşdirin. 6 yanvarda Mehman Hüseynov üçün iştirak etdiyim mitinqdən sonra universitet mənə töhmət veribmiş. Siyasidir, heç bir universitet nizamnaməsinə…

Gəncə hadisələrinə görə həbs olunanlardan birinin vəziyyətinin ağırlaşdığı deyilir

”Hamısı onlara verilən işgəncələrin nəticəsidir” Ötən ilin iyulunda Gəncə hadisələrilə əlaqədar həbs olunanlardan Şahin Verdiyevin səhhətində ciddi problemlər yaranıb. Onun yaxınlarının Meydan TV-yə bildirdiyinə görə, Ş.Vəliyev infarkt keçirib, elə bir vəziyyətdə olub ki, onu saxlandığı Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürməli olublar. Yaxınları deyir ki, Ş.Verdiyev hələ ötən həftə təcridxanada anasıyla görüşəndə, daha…

Jurnalist “Bandotdel”-ə çağırılıb

24saat.org saytının redaktoru Vüqar Qurdqanlı “Bandotdel”-ə (Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə) çağırılıb. Bu barədə o, özü məlumat verib: “Bu gün 16:45-də istifadə etdiyim 0552669250 nömrəli telefona 0502119335 nömrəli telefondan zəng gəldi. Danışan şəxs özünü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçisi kimi təqdim etdi, adının Heydər olduğunu bildirdi. Mənim idarəyə dəvət olunduğumu dedi. Rəsmi çağırış…