Əfqan Muxtarlı aclıq aksiyasına başlayıb

Turan xəbər verir ki, 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən jurnalist Əfqan Muxtarlı bu gün aclıq aksiyasına başladığını elan edib. O, qanunsuzluğa və vəkili Nemət Kərimliyə fiziki təzyiqlərə etiraz edir. Ə.Muxtarlının bəyanatı sosial şəbəkələrdə yayılıb. “Sentyabrın 20-də baş vermiş qanunsuzluğa və vəkilimə qarşı zorakılığa etiraz olaraq aclığa başlayıram. Rəis müavini (koloniyanın) Emin Eminəliyev siyasi məhbuslara…

Tbilisidə azərbaycanlıların aksiyası

Bu gün jurnalist, siyasi məhbus Əfqan Muxtarlının Gürcüstanda oğurlanıb, Azərbaycana gətirilməsindən 2 il keçir. Gürcüstan hakimiyyət orqanları ilə Azərbaycan hüquq mühafizə orqanlarının birlikdə həyata keçirdiyi əməliyyat olduğu ehtimal olunan hadisə nəticəsində Əfqan Muxtarlı həbs edilmiş, işgəncəyə məruz qalmış, jurnalistlik fəaliyyətinə görə uydurma ittihamlarla cinayət məsuliyyətinə cəlb edilərək, 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bu gün…

Əfqan Muxtarlının səhhətində ciddi problemlər yaranıb

Əfqan Muxtarlının səhhətində ciddi problemlər yaranıb. Bu barədə siyasi məhbusun həyat yoldaşı Leyla Mustafayeva məlumat verib. Leyla xanım facebook profilində yazıb ki, Əfqan Muxtarlı saxlanıldığı cəzaçəkmə müəssisəsindən zəng edərkən, gözlərində güclü ağrıların olduğunu, eləcə də uroloji müayinədən keçməli olduğunu bildirib. Leyla xanımın bildirdiyinə görə indiyə qədər Əfqan bəyin həbsdə keçdiyi müayinələr barədə Penitensiar Xidmət onlara…