Həbs müddəti başa çatan şəxs azadlığa buraxılmır

İctimai fəal Rafael Hüseynzadənin həbs müddətindən 4 gün keçməsinə baxmayaraq azadlığa buraxılmayıb. “Rafael Hüseynzadə Abşeron rayon Məhkəməsinin 2 sentyabr qərarı ilə inzibati qaydada 15 sutka həbs edilib. Lakin Hüseynzadənin həbs müddəti sentyabrın 17-də başa çatsa da, o, hələ də qanunsuz olaraq həbs yerində saxlanılır,” vəkil Amerikanın Səsinə bildirib. Vəkilin sözlərinə görə, sentyabrın 20-də Sumqayıt Apellyasiya Məhkəməsi…