Bərdədə qadınların əl işi sərgisi keçirilib

İyunun 1-i Bərdə şəhərində Alman Beynəlxalq Əməkdaşlığı Cəmiyyətinin (GIZ) ofisində “Art Makers” adlı sosial biznes layihəsi çərçivəsində  Bərdə və ətraf rayonlarda yaşayan evdar qadınların əl işi məhsullarının sərgisi keçirilib. Sərgidə dövlət qurumları və bir neçə özəl təşkilat nümayəndələri ilə yanaşı, yerli əhali də iştirak edib. 7 qadının əl işi məhsullarının göstərildiyi sərgidə satış da olub.…