Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının bir qrup Vətəndaş Cəmiyyəti fəalının Mehman Hüseynova qarşı başladılmış yeni qondarma cinayət işi ilə bağlı bəyanatı:
Yanvar, 2019
Biz, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının aşağıda imza etmiş üzvləri həbs edilmiş blogger Mehman Hüseynova qarşı, azad edilməsinə iki ay qalmış Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hökumət numayəndəsinəə qarşı zor tətbiq etmək və ya müqavimət göstərilməsi. Həyat və sağlamlıq üçün təhlükəli olan zorakılığın tətbiq edilməsi, üç ildən yeddi ilədək həbs müddəti ilə cəzalandırılır) üzrə yeni cinayət işi açılmasını pisləyirik. Bu ədalətsiz qərara etiraz etmək üçün, Mehman Hüseynov 26 dekabr 2018-ci il tarixindən saxlanıldığı cəzaçəkmə kamerasında quru aclıq aksiyasına başlayıb və həyat üçün ciddi təhlükə olan bu aclıq aksiyası artıq 7-ci gündür ki, davam edir.
Polis tərəfindən işgəncəyə məruz qaldığı barədə açıqlama verdikdən sonra, 2017-ci ilin mart ayında məhkəmə, sadəcə iki dinləmədən sonra Mehmanın iki il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verib. Mehman Hüseynov təfərindən edilən apellyasiya şikayətləri isə Azərbaycan məhkəmələri tərəfindən təmin edilməyibdir. Sonuncu belə hal isə 24 avqust 2018-ci il Qaradağ Rayon Məhkəməsinin Mehman Hüseynovun şərti azadlığa buraxılmasının əleyhinə verdiyi hökmdür.
Biz inanırıq ki, Mehmana qarşı hələ də davam edən təqib onun hökumət məmurlarını, onların izaholunmaz sərvətlərini nümayiş etdirməsi ilə əlaqədardır. Bu, artıq son zamanlarda baş verən beşinci haldır ki, siyasi məhbus azadlığa çıxmağına az bir müddət qalmış yeni qondarma ittihamlarla üzləşir.
Mehman Hüseynov, 2007-ci ildən bəri fəaliyyətdə olan, mətbuat azadlığı gözətçisi olan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədridir. Biz, RATİ sədrinin hələ də davam edən həbsini vətəndaş cəmiyyəti və ifadə azadlığına qarşı ciddi təhlükə kimi qəbul edirik və bunu həmin dialoqda Azərbaycan ciddi maneə hesab edirik.
Mehman Hüseynova qarşı yeni saxta cinayət işi açılmaqla həbsdə saxlanılması Avropa İttifaqı – Azərbaycan insan hüquqları dialoqunun 2019-cu ilin fevral ayında baş tutacaq növbəti mərhələsi ərəfəsində baş verir və bu dialoqun uğursuzluğu haqda ciddi təəssüf doğurur.
Milli Platforma vurğulayır ki, Azərbaycan Avropa Şurasının üzvüdür və onun üzərinə hüquqi öhdəlik qoyan bir sıra konvensiyalarını ratifikasiya etmişdir.
Milli Platforma dərin narahatlıqla bildirir ki, Mehman Hüseynova qarşı yeni ittihamlar Azərbaycanın Avropa Şurası üzvü kimi öhdəliklərinə ziddir və Azərbaycanın vətəndaş cəmiyyəti və media sektoru üçün daha arzuolunmaz mühit yaradır.
Milli Platforma Azərbaycan hökumətini:
- Mehman Hüseynovun dərhal və şərtsiz azad edilməsini təmin etməyə;
- Siyasi zəmində jurnalistlərə, bloggerlərə, insan hüquq müdafiəçilərinə, vətəndaş cəmiyyəti fəallarına və müxalif səslərə qarşı təqib və həbs praktikasına son qoymağa;
- İnsan Hüquqları Komitəsi, insan hüquq müdafiəçiələrinin vəziyyəti üzrə Xüsusi Məruzəçi və digər beynəlxalq qurumların ifadə azadlığı barəsində verdiyi tövsiyyələri icra etmək üçün konkret və effektiv tədbirlər görməyə çağırır.
Milli Platforma Avropa İttifaqını:
- Mehman Hüseynov və digər siyasi məhbusları Avropa İttifaqı ilə Azərbaycan arasında insan hüquqları dialoqunun Bakıda 2019-cu ilin fevral ayının əvvəlində keçiriləcək növbəti mərhələsinədək azad edilməsini Azərbaycan hökuməti qarşısında Avropa İttifaqı ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq sazişinin imzalanması şərti kimi qoymağa çağırır.
1. Anar Məmmədli
2. Aynura Abdullayeva
3. Anar Orucov
4. Arzu Abdullayeva
5. Xalid Kazımov
6. Elçin Abdullayev
7. Elçin Sultanov
8. Dilarə Əfəndiyeva
9. Leyla Əliyeva
10. Rəsul Cəfərov
11. Emin Hüseynov
12. Fuad Həsənov
13. Mirvari Qərhrəmanlı
14. Bəxtiyar Hacıyev
15. Qubad Ibadoğlu
16. Şəhla İsmayıl
17. Rafiq Təmrazov
18. İntiqam Əliyev
19. İlqar Hüseynli
20. Samir Əliyev
21. Sevil Yüzbaşeva
22. Zöhrab İsmayıl
23. Ziya Quliyev
24. Zaur Əkbər