1294-cü iclas, 19-21 Sentyabr 2017 (DH)
H46-2 İlqar Məmmədov Azərbaycana qarşı (Ərizə No. 15172/13) – Cənab İlqar Məmmədovun işi Avropa Məhkəmsi qərarlarının icra edilməsi
İstinad sənədi |
Qərar
Nazir müavinləri
- xatırladırıq ki, Avropa Məhkəməsinin müvafiq qərarına əsasən İlqar Məmmədova qarşı ittihamların irəli sürülməsi və ya həbsi və barəsində həbs qət-imkan tədbirinin seçilməsi üçün heç bir fakt və ya məlumat şübhələri əsaslandırmayıb və onun həbsinin əsl məqsədi hakimiyyəti tənqid etdiyi üçün susdurulmaq yaxud cəzalandırılmaq olub, beləliklə, Konvensiyanın 5 $ 1 və 5-ci maddə ilə əlaqəli şəkildə 18-ci maddələri pozulub; xatırladırıq ki, Məhkəmə Baş Prolurorluq və Daxili İşlər Nazirliyinin birgə bəyanatını yerli məhkəmələr tərəfindən Konvensiyanın 5 § 2-ci maddəsi ilə qorunan təqsirsizlik prezumpsiyasını faktların ön mühakimə edilərək qiymətləndirilməsilə pozulduğunu müəyyən etmişdir;
- əvvəlki qərar və aralıq qətnamələri, xüsusən də bu qərarın icra edilməsi üçün Təşkilatın istifadəsində olan vasitələrin istifadəsini fəal şəkildə nəzərdə tutan sənədləri xatırladırıq;
- Prezidentin 10 fevral 2017-ci il tarixli sərəncamını tətbiqi ilə bağlı təqdim edilən məlumatı qeyd edərək hakimiyyəti dəvət edirik ki, nəzərdə tutulan qanunvericilik dəyişiklikləri, xüsusən də payız sessiyasında qəbul edilməsi üçün 2017-ci ilin iyununda Parlamentə göndərilmiş Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər və sonradan Parlamentə göndərilməsi nəzərdə tutulan Cinayət-Prosessual Məcəlləyə və Cəzaların İcrası Məcəlləsinə təklif edilən dəyişikliklər barədə detallı məlumat versin;
- Məhkəmənin qərarının qəti qüvvəyə minməsindən üç il artıq keçməisnə baxmayaraq, cənab Məmmədovun hələ də həbsdə olmasından ən ciddi narahtlığımızı ifadə edirik;
- Məmmədovun azadlığa buraxılması üçün ciddi addım atılmasa Komitənin 1298-ci iclasında (25 oktyabr 2017) Azərbaycan tərəfindən Konvensyanın 46§ 1-ci maddəsi ilə ehtiva edilən öhdəliyini yerinə yeitirb-yetirməməsi sorğusu ilə Məhkəməyə müraciət etmək niyyətindəyik, və Konvensiyanın 46 § 4-cü maddəsində təsbit olunduğu qaydada Azərbaycana rəsmi xəbərdarlığı nəzərdə tutan aralıq qətnamə layihəsinin hazırlanmasını Katibliyə tapşırırıq.