Gəncə olayları zamanı həbs olunanlardan üç nəfər aclıq aksiyasına başlayıb

“Gəncə işi” üzrə həbs olunanlardan üçü – Səbuhi Rəcəbov, Gülmirzə Nuruzadə və Eyruz Hacıyev aclıq aksiyasına başlayıblar. Bu barədə onların yaxınları bildiriblər. Onlar qanunsuz həbsə, işgəncələrə məruz qalmalarına və ədalətsiz istintaqa etiraz edirlər. Həbs olunanlar bildiriblər ki, hüquqlarının bərpası tələbilə müddətsiz aksiya keçirəcəklər.   Abzas.net

“Malakan kilsəsi” ilə bağlı rəsmi reaksiya – Nəzarətə götürüldü

“Malakanların ibadət evi tarixi abidə kimi dövlət qeydiyyatında deyil. Abidənin tarixi, memarlıq üslubu nəzərə alınaraq məsələ Dövlət Xidməti tərəfindən nəzarətə götürülüb”. ONA-nın məlumatına görə, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bildirilib. Onun sözlərinə görə, bina ilə bağlı araşdırma aparılır: “Hazırda orada hansısa söküntü işi görülmür. Əgər bina tarixi…

Daha 4 jurnalistin ölkədən çıxış qadağası götürüldü

Bazar ertəsi jurnalistlər Natiq Cavadlı, İzolda Ağayeva, Səlimə Cəlilova və yazar Rasim Qaraca Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı Mübarizə İdarəsinə dəvət olunub. Onlara 4 il (2015-ci ildən) qüvvədə olan ölkədən çıxış qadağasının ləğv edildiyi bildirilib. Natiq Cavadlı deyib ki, onları Baş Prokurorluq İdarəsinin rəisi Eldar Əhmədov dəvət edib: “Zərurətin aradan qalxması ilə əlaqədar ölkədən çıxış…

REAL-ın 40 min imzasının taleyi necə oldu? – Hakimiyyətdən cavab

”Parlament imzaları yoxlanması üçün MSK-ya göndərə bilməzdi” “REAL Partiyasının Milli Məclisə təqdim etdiyi qanun layihələrinin prosedur qaydaları pozulub”. ONA-nın məlumatına görə, bu qənaətə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində gəlinib. Mayın 3-də keçirilən iclasda Milli Məclisə qanun layihələrinin təqdim edilməsi ilə bağlı məsələyə baxılıb. Bildirilib ki, ümumxalq səsverməsi ilə ölkə Konstitusiyasına edilən əlavələr…

Narkotik ittihamı ilə həbs edilən jurnalist aclıq aksiyasına başlayır

Mayın 3-də Xətai Rayon Məhkəməsi “Bakupress” Milli İnformasiya Agentliyinin baş redaktoru Şəfəq Ağacan barəsində ilkin istintaq dövrü üçün üç aylıq həbs-qətimkan tədbiri seçib. Şəfəq Ağacan məhkəmədən çıxarılarkən bildirib ki, ona böhtan atılıb: “Etiraz olaraq, bu gündən aclıq aksiyasına başlayıram”. Baş redaktor mayın 1-də saxlanılıb. “ONA”-nın verdiyi məlumata görə, polis paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər…

Daha bir tələbə Mehman Hüseynova dəstək verdiyinə görə universitetdən qovula bilər

Bakı Dövlət Üniversitetinin tələbəsi Rüstəm İbrahimbəyli Universitetdə ona qarşı qanunsuzluğun baş verməsi ilə bağlı facebook-da ictimaiyyətə müraciət edib: “Universitetdə mənə qarşı xəbərim olmayan bir qanunsuzluq daha olub. İlk dəfədir ki, şəxsən müraciət edirəm ki, bu məsələni ictimailəşdirin. 6 yanvarda Mehman Hüseynov üçün iştirak etdiyim mitinqdən sonra universitet mənə töhmət veribmiş. Siyasidir, heç bir universitet nizamnaməsinə…

Jurnalist “Bandotdel”-ə çağırılıb

24saat.org saytının redaktoru Vüqar Qurdqanlı “Bandotdel”-ə (Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə) çağırılıb. Bu barədə o, özü məlumat verib: “Bu gün 16:45-də istifadə etdiyim 0552669250 nömrəli telefona 0502119335 nömrəli telefondan zəng gəldi. Danışan şəxs özünü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçisi kimi təqdim etdi, adının Heydər olduğunu bildirdi. Mənim idarəyə dəvət olunduğumu dedi. Rəsmi çağırış…

Qala divarlarına qarşı vandalizm

İçərişəhərdə qala divarlarına bitişik tikililərlə bağlı bir neçə gündür, sosial mediada görünən narahatlıq dünən yayılmış görüntülərlə haqlı təsdiqini tapdı. Belə ki, divarlara İçərişəhər tərəfdən bitişik olan Kiçik Qala və Qüllə küçələrində tikilmiş və hazırda da tikintisi davam edən bəzi restoranlar tarixi qala divarlarına bitişikdir. Bu barədə məlumat əldə etmək istəyən şəxslərə bildirilib ki, tikinti bitəndən…