Prokurorluq jurnalistin ölkədən çıxışına qadağanı götürməkdən imtina edib

Şahvələd Çobanoğlu: ”Bunlar mənim jurnalist dəyərlərimi və ictimai baxışlarımı dəyişən deyil” Vəkil Zibeydə Sadıqova hüquqlarını müdafiə etdiyi jurnalist Şahvələd Çobanoğlunun ölkədən çıxışına qadağanın götürülməsi ilə bağlı Baş Prokurorluğa müraciət edib. Son vaxtlar bir neçə jurnalistin ölkədən çıxışına qadağanın götürülməsindən sonra vəkil Şahvələd Çobanoğlunun üzərindən də səfər qadağasının qaldırılacağını gözləyirmiş. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq…

Bərdədə qadınların əl işi sərgisi keçirilib

İyunun 1-i Bərdə şəhərində Alman Beynəlxalq Əməkdaşlığı Cəmiyyətinin (GIZ) ofisində “Art Makers” adlı sosial biznes layihəsi çərçivəsində  Bərdə və ətraf rayonlarda yaşayan evdar qadınların əl işi məhsullarının sərgisi keçirilib. Sərgidə dövlət qurumları və bir neçə özəl təşkilat nümayəndələri ilə yanaşı, yerli əhali də iştirak edib. 7 qadının əl işi məhsullarının göstərildiyi sərgidə satış da olub.…

Xalq Cəbhəsinin ilk samizdat qəzeti – “Meydan”

1988-ci ilin fevralında Qarabağdakı erməni separatizminə qarşı Bakıda başlayan mitinqlər ilin sonuna yaxın yeni bir hədəfə yönəldi. 1988-ci ilin 17 noyabrından başlayan Meydan hərəkatında Azərbaycanın müstəqil dövlət olması ilə bağlı çağırışlar səsləndirilirdi. İstər indiki Azadlıq meydanında sovet qoşunlarının 5 dekabrda dağıtdığı 18 günlük mitinqlər, istərsə də bundan öncəki mitinqlər bir ehtiyacı ortaya çıxardı – Azərbaycanın…

“Bu gün hamımız uşaq olaq”

1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi Günüdür. Bir qrup gənc “Bu gün hamımız uşaq olaq” adlı tədbir-marafon keçirib. Tədbirdə uşaqlar mahnılar oxuyub, tamaşalar göstərib, oyunlar oynayıb. Burada həmçinin dəb nümayişi də olub. Tədbirin məqsədi ailəsi çətin vəziyyətə düşmüş uşaqlara mənəvi dəstək olmaq, onlarla vaxt keçirmək, eyni zamanda həmin uşaq üçün məktəb ləvazimatları toplamaqdır. İştirakçılar özləri ilə…

Vəkilin polis bölməsində döyüldüyü bildirilir

Vəkillərdən biri polisin saxladığı şəxsin hüquqlarını müdafiə etmək üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsində gedib. Nəticədə vəkilin özü də orada döyülüb, hüquqlarını müdafiə etdiyi şəxslə birlikdə bölmədəki müvəqqəti saxlama yerinə salınıb. Müxtəlif vəkillər sosial şəbəkələrdə bu barədə məlumatlar paylaşaraq, həmkarlarına qarşı zorakılığı pisləyiblər. Vəkillər Kollegiyasının sədri Anar Bağırov da məsələyə münasibət bildirib: “İstənilən…

Penitensiar Xidmət siyasi məhbusların vəkilinə qarşı ayrıseçkilik edir

Vəkil Şəhla Hümbətova müdafiə etdiyi şəxslərlə görüşmək üçün cəzaçəkmə müəssisələrinə buraxılmadığını deyir. Bu barədə o, facebook statusunda yazıb. Vəkil bildirir ki, 5 aydır ki, Penitensiar Xidmətin əməkdaşları onu müxtəlif bəhanələrlə cəzaçəkmə müəssisələrinin qapılarından geri qaytarırlar. Belə ki, 15 saylı cəzaçəkmə müəssisəsinə 3 dəfə buraxılmayıb. Ondan yeni məktub istənilib. Şəhla xanım və yanındakı digər vəkil uzun-uzadı…

Prezident seçkilərini çəkən jurnalist məhkəməyə verildi

251 nömrəli məktəbin direktor müavini Elmira Alandarova jurnalist Sevinc Vaqifqızını məhkəmə verib. Binəqədi Rayon Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə hazırlıq iclası keçirilib. Bir il öncə prezident seçkiləri zamanı jurnalist Elmira Alandarovanı lentə alıb. Kadrlarda Elmira Alandarova 25 saylı Nizami II seçki dairəsinin hər iki məntəqəsində görünür. “Qadın 3 versiya irəli sürüb. Polisə verdiyi ifadəsində…

Jurnalist həbs olundu

Bu gün jurnalist Səxavət Məmməd Ağdam rayon Məhkəməsinin qərarı ilə 10 sutka müddətinə inzibati həbs cəzası ilə cəzalandırılıb. Həbsə səbəb jurnalistin yazısı olduğu ehtimal olunur. Belə ki, Səxavət Məmməd bir neçə gün əvvəl ordunun Baş Qərargah rəisi Nəcməddin Sadıqovun pensiya yaşına çatması barədə yazıb. Bunun ardınca yazdığı yazıda jurnalist qeyd edib ki, generalın trolları sosial…

Boston meri Azərbaycan Cümhuriyyəti ilə bağlı Bəyannamə imzaladı

Bostonda yaşayan azərbaycanlı cütlük – Hikmət Qasımzadə və Aygün Səfərli Boston şəhərinin meri Marty Walsh-la Azərbaycan Cümhuriyyəti ilə bağlı davamlı yazışmalar aparmışlar. Nəticədə mayın 23-də Marty Walsh xüsusi Bəyannamə verərək, 28 mayı Azərbaycan Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü kimi tanıyıb, Bostondakı Azərbaycan cəmiyyətini təbrik edib və Azərbaycan Cümhuriyyətinin tarixdəki roluna qiymət verib. Hikmət Qasımzadə bildirir ki,…

Polis Müsavat Partiyası başqanının evinə zorla girib

Müsavat Partiyası Mətbuat xidmətinin məlumatı. Bu gün Zaqatalada bir qrup polis əməkdaşı Müsavat başqanı Arif Hacılının ata yurduna girib. Məlumatda bildirilir ki, bu gün axşam saatlarında iki polis maşını ilə gələn 7-8 nəfər polis əməkdaşı darvazanı zor gücünə açaraq Müsavat başqanı Arif Hacılının ata yurduna daxil olublar. Polis əməkdaşları qonşulardan əvvəl Vaqif Hacıbəylinin, daha sonra…