10 DEKABR – İNSAN HÜQUQLARI GÜNÜ İLƏ BAĞLI AÇIQLAMA

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 10 dekabr 1948-ci il tarixində İnsan Hüquqları haqqında Ümumi Bəyannaməni qəbul edib. Məhz bu əlamətdar və vacib sənədin qəbul edilməsinə görə 10 dekabr həmin tarixdən etibarən İnsan Hüquqları Günü kimi qeyd edilir. Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının daha yaxşı qorunmasına böyük ehtiyac var. Belə ki, bir sıra hüquqların…

Avropa Birliyi Qlobal İnsan Haqları Sanksiya Rejimini Qəbul Etdi

Avropa Birliyinin (AB) Şurası bu gün qlobal insan haqları sanksiya rejimini yaradan Qərar və Qaydalar qəbul etdi. İlk dəfə olaraq AB özünü elə bir çərçivə ilə təhciz edir ki, bu çərçivə Birliyə dünyanın harasında baş verməsindən asılı olmayaraq ciddi insan hüquqları pozuntularına cavabdeh olan, belə pozuntulara cəlb edilən və ya belə pozuntularla assosiasiya olunan dövlət…

Dağlıq Qarabağ Münaqişəsi: Müharibə Cinayətləri Davam Edir, Təxirəsalınmaz Addımlar Atılmalıdır

Bakı İnsan Hüquqları Klubu (BİHK) əvvəlki günlərdə Dağlıq Qarabağda davam edən münqaişə ilə bağlı beynəlxalq humanitar hüquq normalarının pozulması, nəticədə müharibə cinayətlərinin törədilməsi və bu kimi cinayətlərin dayandırılması barədə bəyanatla çıxış etmişdi (əlavə edilir). BİHK təəssüflə qeyd edir ki, beynəlxalq hüquq müdafiə ictimaiyyəti bu məsələyə biganə yanaşaraq dəqiqliklə müəyyən edilməsi mümkün olan müharibə cinayətləri –…

Keçmiş siyasi məhbus Məmməd İbrahimə qarşı cinayət işi açılıb

Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü və keçmiş siyasi məhbus Məmməd İbrahimə CM-in 233-cü (ictimai qaydanın pozulması) və 315-ci ( polisə tabe olmamaq) maddələri ilə ittiham irəli sürülüb. Bu barədə onun oğlu Turan İbrahimov bildirib. Məmməd İbrahim Nərimanov rayon Polis İdarəsində saxlanılır. Onun həbsi iyulun 27-də rəsmiləşdirilib, baxmayaraq ki, ayın 26-da həbs edilib. İyulun 28-də…

Müxalif partiya təmsilçisi konstitusiya quruluşunu zorla dəyişməkdə ittiham edilir

İyulun 24-də Bakını Nəsimi rayon Məhkəməsi hakim Azər Tağıyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı barəsində Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (özgə əmlakına ziyan vurulması), 233-cü (ictimai qaydanın pozulması) və 315-ci (polisə tabe olmamaq) maddələri ilə açılmış cinayət işi və əlavə olaraq Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə…

Müxalif partiya təmsilçisinin oğlu həbs edilib

İyulun 14-də Bakıda orduya dəstək aksiyasında iştirak edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimli barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi (karantin rejiminin pozulması xəstəliyin yayılmasına səbəb olduqda) üzrə cinayət  işi açılıb. İyulun 15-dən saxlanılan Mehdi İbrahimli barəsində iyulun 22-də Xətai Rayon Məhkəməsində 3 saylıq həbs qətimkan tədbiri seçilib. Ailə üzvləri bildirib ki,…

Müxalif partiya təmsilçilərinin həbsi davam edib

İyulun 21-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Sabunçu rayon şöbəsinin fəalı Məhəbbət Nağıyev saxlanılıb və Baş Prokurorluğun istintaq şöbəsinə aparılıb. Elə bu gün Baş Prokurorluğun istintaq şöbəsi AXCP fəalları Nicat Abdullayev, Baba Süleymanov və Ceyhun Novruzova qarşı cinayət ittihamları irəli sürüb. Onlar iyulun 15-nə keçən gecə Milli Məclisin binası qarşısında keçirilən nümayiş zamanı baş vermiş…

Orduya dəstək aksiyasına görə müxalif partiya nümayəndələri həbs edilib

İyulun 18-də Nəsimi Rayon Məhkəməsində hakim Ramin Xəlilovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Seymur Əhmədzadə barəsində 2 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə isə digər Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Asif Yusifli barəsində də 2 ay 28 gün həbs qətimkan tədbiri…

Bakı İnsan Hüquqları Klubu İlkin Süleymanovun müdafisinə qoşulub

Bakı İnsan Hüquqları Klubu (BHİK) İctimai Birliyi ona daxil olmuş müraciəti qiymətləndirərək vətəndaş Süleymanov İlkin İbrahim oğlunun hüquqlarının müdafiəsinə qoşulmaq barədə qərara gəlmişdir. Tovuz rayonu Dondar Quşçu kənd sakini İlkin Suleymanov eyni kəndin sakini 10 yaşlı Quliyeva Nərmin Şərif qızını öldürməkdə ittiham olunur. İlkin Süleymanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə…