Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupun Mehman Əliyevin həbsi ilə bağlı bəyanatı

Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrup Mehman Əliyevin həbsi və ölkədə qalan yeganə müstəqil media qurumu “Turan” İnformasiya Agentliyinin işini dayandırması ilə bağlı hiddətini ifadə edir. Qrupun yaydığı bəyanatda belə deyilir. Sənəddə bildirilir ki, “Turan” İA-nin rəhbəri M.Əliyev saxta vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq ittihamlarıyla həbs edilib. Yasamal Rayon Məhkəməsi avqustun…