#FreeThemAll – Hamısını azad et

Azərbaycanda 2019-cu ilin əvvəllərində bir çoxu tərəfindən ölkədə islahatların başlanğıcı kimi qəbul olunan hadisələr qeydə alındı. Martın 16-da, Novruz bayramı ərəfəsində prezidentin əfv haqda sərəncamı ilə 399 məhbus azadlığa çıxdı. Onlardan 52 nəfəri siyasi məhbuslardır. Bu, siyasi məhbusların belə bir miqyasda ilk əfvi idi. Yerli hüquq müdafiəçiləri, azadlığa çıxan fəallar və onların vəkilləri buna əsasən…

Əfqan Muxtarlının səhhətində ciddi problemlər yaranıb

Əfqan Muxtarlının səhhətində ciddi problemlər yaranıb. Bu barədə siyasi məhbusun həyat yoldaşı Leyla Mustafayeva məlumat verib. Leyla xanım facebook profilində yazıb ki, Əfqan Muxtarlı saxlanıldığı cəzaçəkmə müəssisəsindən zəng edərkən, gözlərində güclü ağrıların olduğunu, eləcə də uroloji müayinədən keçməli olduğunu bildirib. Leyla xanımın bildirdiyinə görə indiyə qədər Əfqan bəyin həbsdə keçdiyi müayinələr barədə Penitensiar Xidmət onlara…

Səid Dadaşbəylinin dəstəsinin həbsdə olan üzvləri məhkəməyə müraciət ediblər

Vəkil: “Cəzalarının çoxunu çəkdikləri üçün azadlığa buraxıla bilərlər” 2007-ci ildə 13,6 il azadlıqdan məhrum edilən Səid Dadaşbəyli, Ceyhun Əliyev və Cahangir Kərimov cəzalarının 12,3 ilini çəkdikləri üçün vaxtından əvvəl azadlığa buraxılmaları ilə bağlı məhkəməyə müraciət ediblər. Məlumatı Meydan TV-yə vəkil Elçin Sadıqov verib. Vəkil Cinayət Məcəlləsinin 76, Cinayət Prosesual Məcəllənin 513-cü maddələrini əsas gətirərək bildirib…

“#hamısınıazadet” kampaniyası çərçivəsində Baş Prokurora və Penitensiar Xidmətə müraciət edilib

“#hamısınıazadet #freethemALL” kampaniyası çərçivəsində bütün siyasi məhbusların azadlığa buraxılması üçün geniş ictimaiyyət tərəfindən dəstəklənən Baş Prokurorluğa və Penitensiar Xidmətə ünvanlanan müvafiq müraciətlər rəsmi qaydada hər iki ünvana göndərilib. Bu barədə hüquq müdafiəçisi Rəsul Cəfərov facebook səhifəsində yazıb. O Baş Prokurorluğun və Penitensiar Xidmətin müraciətlərinə cavab verəcəyinə ümid edir. “Müraciətlər vasitəsilə jurnalistlər Əfqan Muxtarlı və Elçin…

Hakimiyyət “heykəl məhbuslarına” qarşı niyə amansızdır?

Leyla ƏliyevaTəhlilçi, Oxford Universiteti Prezident İlham Əliyevin mart ayında əfv etdiyi məhbsular arasında iki heykəl məhbusu da vardı – Qiyas İbrahimov və Bayram Məmmədov. Gənclər 2016-ci ilin may ayında, hazırkı prezidentin atası – mərhum Heydər Əliyevin abidəsinin pyedestalına qrafiti yazandan sonra həbs olunmuşdular. Qrafiti hər il keçirilən Gül bayramı ilə bağlı idi və abidə pyedastalında…

Yenicə azadlığa buraxılmış “heykəl məhbusu” yenidən həbs edildi

Martın 17-də Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı ilə azadlığa buraxılan “heykəl məhbusu” Bayram Məmmədov yenidən saxlanılıb. Yaxıınlarının məlumatına görə, o, polisə müqavimət göstərməkdə ittiham edilərək, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs cəzası alııb. Bayram Məmmədovun atasının yanında saxlanıldığı, heç bir izahat verilmədən Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə aparıldığı bildirilir. Bayram…

Siyasi məhbus kimi tanınan daha 70 nəfər həbsdə qalıb

İşçi Qrupun siyasi məhbus siyahısından 52 nəfər azalıb Martın 16-da Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 52 siyasi məhbus kimi tanınan şəxs azadlığa buraxıldı. Bununla da, Siyasi Məhbusların Siyahısı üzrə İşçi Qrupun siyahısında 70 nəfər qalıb. Onlar 5 nəfər jurnalist – Araz Quliyev, Seymur Həzi, Elçin İsmayıllı, Əfqan Muxtarlı, Ziya Əsədli, bir nəfər hüquq…

Ruhulla Axundzadə və oğlu aclıq aksiyası keçirir

İslam Partiyası Astara rayon təşkilatının sədri Ruhulla Axundzadə saxlandığı 15 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başlayıb. Bu barədə Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Oqtay Gülalıyev Facebook səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, R. Axundzadə “kars”a (cərimə təcridxanası) salınmasına etiraz əlaməti olaraq bu addımı atıb. Onun həbsdə olan oğlu Məhəmmədəli Axundzadə də atasına dəstək olmaq məqsədilə…

“Bu addım dəstəklənir, davamını gözləyirik…”

Avropa İttifaqı Azərbaycanda Novruz Bayramı münasibətilə 400-dən çox məhbusun prezident İlham Əliyev tərəfindən əfv olunmasını alqışlayır. Virtualaz.org xəbər verir ki, bu barədə Avropa Xarici Siyasət Xidmətinin (EBC) bazar günü, martın 17-də dərc edilmiş rəsmi bəyanatında deyilir. Bəyanatda xatırladılır ki, əfv olunanlar arasında siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının nümayəndələri, bloqerlər və jurnalistlər də yer alır. “Bu addım dəstəklə…

Əfv sərəncamı siyasi məhbus kimi tanınan 51 şəxsə şamil olundu

Prezidentin sərəncamı ilə 399 nəfər əfv edildi Prezident İlham Əliyev martın 16-da Əfv sərəncamı imzalayıb. Bu barədə prezident.az saytı məlumat yayıb. Sərəncama əsasən 399 nəfər əfv edilib. Onların arasında beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslərin də adı var. Əfv olunan gənc fəallar Əfv olunanlardan Qiyas İbrahim və Bayram Məmmədov 2016-cı il, mayın 10-da – Heydər Əliyevin…