Gəncə məhbusları iki gündür aclıq aksiyası keçirdiklərini bildirirlər
Gəncə hadisələrinə görə həbs olunanlardan 8 nəfər – Bəkrəm Əliyev, Həbib Qurbanov, Elmir Hüseynzadə, Vüqar Yusifov, Şahin Verdiyev, Emil Məmmədov, Mirzə Hüseynov və Asif Cavadov sentyabrın 5-dən aclıq aksiyasına başladıqlarını bildiriblər. Onlar sentyabrın 6-da öz məhkəmələrində bu barədə məlumat veriblər. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər bildiriblər ki,…