“Gəncə işi”ndə işgəncə

2018-ci il 10 iyul Gəncə hadisəsinə görə haqsız olaraq həbs edilmiş Hüseynzadə Elmir Natiq oğlunun ailəsinə göndərdiyi məktubu valideyinləri vetenugrunda.az-a təqdim ediblər. Məktubu olduğu kimi diqqətinizə çatdırırıq: “… Mən bir neçə nəfərin eyni istiqamətdə qaçdığını gördüm, nə baş verdiyini anlamadım və qeyri-ixtiyari mən də həmin istiqamətdə 8-9 addım qaçdım, lakin öndə qaçan qara paltarlı bir…

Aclıq edən siyasi məhbusa dəstək olanlar saxlanıldı

Bu gün müsavatçı siyasi məhbus Azad Həsənova dəstək olaraq Qış parkında dinc yürüş edən 15-ə qədər aktivist polis tərəfindən saxlanılıb. Onlardan biri – Müsavat Partiyası Gənclər Təşkilatının sədri Elman Quliyev 30 sutka müddətinə inzibati həbslə cəzalandırılıb, digərləri sərbəst buraxılıb. Bu barədə aksiyada iştirak etmiş jurnalist Fatimə Mövlamlı məlumat verib. Azad Həsənov mühacirətdə yaşasa da, atasının…

Hüquqşünas siyasi məhbus aclıq aksiyasına başlayıb

Avqustun 7-də Əliabbas Rüstəmovun şikayətinə Ali Məhkəmədə baxılacaq Yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı hüquqşünas Əliabbas Rüstəmov saxlanıldığı cəzaçəkmə müəssisəsində iyulun 25-dən aclığa başlayıb. Bu haqda məlumatı Əliabbas Rüstəmov özü telefonla jurnalistlər Şahvələd Çobanoğlu və Vidadi Məmmədova bildirib.Vəkillərinin yanına gələ bilməməsinə görə Əliabbas Rüstəmov aclıq aksiyasını yalnız indi ictimailəşdirə bilib. Əliabbas Rüstəmov…

İnsan Hüquqları Klubu Avropa Məhkəməsində qalib gəldi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün “Cəfərov və digərləri Azərbaycana qarşı” işi üzrə qərarını açıqlayıb və ərizəçilərin birləşmək azadlığının pozulduğunu elan edib. Ərizəçilərə 4500 avro məbləğində pul təzminatı və məhkəmə xərclərinin ödənilməsi üçün əlavə olaraq 2040 avro ödənilməsi barədə qərar qəbul edib. Nə baş verib: Vətəndaş cəmiyyəti fəalları Rəsul Cəfərov, Emin Hüseynov və Səbuhi Qafarov…

SİYASİ MÜHACİRLƏR AZƏRBAYCANDAKI SİYASİ MƏHBUSLARA DƏSTƏK KAMPANİYASINA BAŞLAYIBLAR

Azərbaycanlı siyasi mühacirlərin “Demokratik Azərbaycanı Seç” (DAS) təşkilatının fəalları Almaniyanın Essen şəhərində üç aparıcı yerli media qurumunun (“NRZ Neue Ruhr/Neue Rhein Zeitung”, “WAZ Westdeutsche Allgemeine Zeitung” və “UZ Unsere Zeit”) redaksiya binası qarşısında Azərbaycanda siyasi məhbuslara dəstək aksiyası keçiriblər. Bu barəd “Eko Kavkaza” portalı məlumat verir. İyulun 19-u aksiya iştirakçılarından biri, fəal Elşən Abdullayev bildirib…

Prezident qəzetlərə 1 milyon manat maliyyə yardımı ayırıb

Prezident İlham Əliyev iyulun 22-də çap nəşrlərinə 1 mln. manat məbləğində əlavə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb. Sərəncam Azərbaycanda nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə imzalanıb. Sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına…

10 gün ərzində 3-cü azərbaycanlı mühacir Almaniyada intihara cəhd edib

On gün ərzində artıq üçüncü mühacir Almaniyada intihara cəhd edib. Bu barədə “Turan”a danışan Almadiyada fəaliyyət göstərən “Leqat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat verib. Hüquqşünas deyib ki, mühacirlər Azərbaycana deportasiya edilməməsi üçün intiharlara əl atır. Onun sözlərinə görə, sonuncu belə hadisə bir neçə gün əvvəl Almaniyanın Deggendorf şəhərində baş verib: “Şəhərin qaçın düşərgəsində qalan…

Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanda qərarlarına icrasına dair faydalı rəy və tövsiyələr

Avropa Şurasının Qərarların İcrası Şöbəsi (DEJ) ərizəçilərin və onların nümayəndələrinin Azərbaycanda qərarların icrasına dair müraciətləri ilə bağlı bizə bəzi faydalı rəy və tövsiyələr verib. Bu rəy və tövsiyələr aşağıdakı kimidir: Azərbaycan üzrə işlərlə bağlı təqdim olunan müraciətlər digər ölkələrdən göndərilən müraciətlərlə müqayisədə ümumilikdə daha zəifdir. Burada həm forma, həm də məzmunla bağlı problemlər mövcuddur. Forma…

Fərdi vəkillik ləğv edilir?

Siyasi məhbusların da müdafiəsi ilə tanınmış vəkil Elçin Sadıqov Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasına çağırılıb. Xatırladaq ki, Elçin Sadıoq barəsində bir neçə gün əvvəl vəfat etmiş vəkillərdən birinin həyat yoldaşının şikayəti əsasında intizam icraatı başlanmışdı. Elçin bəy bu icraatın qanuni əsasının olmadığını bildirmişdi. Rəyasət Heyətinin iclasına çağırılması ilə bağlı Elçin Sadıqov özx facebook hesabında yazıb.…

Gəncə məhbusu ölüm ayağındadır

2018-ci ildә baş vermiş Gәncә hadisәlәrinә görә hәbs olunmuş Aydın Qurbanov koma vәziyyәtindәdir. Bu barәdә AzadlıqRadiosuna mәlumat verәn mәhbusun yoldaşı Mәhbubә Qurbanova әlavә etdi ki, bu gün, iyulun 8-dә hәyat yoldaşına Penitensiar Xidmәtinin Müalicә Müәssisәsindә baş çәkib. 15 dәqiqә baş çәkәn görüş zamanı Qurbanov qan qusmaqa başlayıb vә koma vәziyyәtinә düşüb. Qurbanova әlavә etdi ki,…