Qızı: Tofiq Yaqublu ağır işgəncə görüb, qabırğası sınıb

30 sutka inzibati cəza alan Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işgəncəyə məruz qaldığı bildirilir. Məlumatı onun qızı Nigar Həzi yayıb. Nigar Həzinin sözlərinə görə, atası oktyabrın 21-də zəng edərək işgəncəyə məruz qaldığını bildirib: “Ona şiddətli işgəncələrin verildiyini dedi, qabırğası sınıb. Atam təcili həkim müayinəsi tələb edir. Əgər Tofiq Yaqubluya bir şey olsa,…

Avropa İttifaqı: Bakıda polis həddən artıq güc tətbiq edib

Avropa İttifaqı rəsmi Bakını polisin 19 oktyabrda mitinq iştirakçılarına qarşı həddən artıq güc tətbiq etməsini araşdırmağa çağırıb. ‘Turan” İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Federika Mogerininin mətbuat katibi Mariya Kosyançiç bəyan edib. O, Bakıda oktyabrın 19-da dinc aksiya keçirmək istəyən onlarla insanın saxlanıldığını deyib. “Aksiya iştirakçılarının…

Bakının mərkəzi küçəsində qadınlar “şiddətə susma” deyib

Oktyabrın 20-də Bakıda bir qrup qadın son günlər artan qadın cinayətlərinə etiraz yürüşü keçirmək istəyib. Yürüş Bakının mərkəzi, Nizami küçəsində planlanmışdı, ancaq polisin müdaxiləsi ilə yürüş aksiyaya çevrilib. İştirakçılardan bəziləri polis tərəfindən saxlanılıb. Sonra onlardan çoxu sərbəst buraxılıb. Polis onlarla qadına şiddət göstərib, saçını yolub, qolunu burub. Polis qadınlara planladıqları Natavan heykəlinin önündən yürüş keçirməyə…

19 oktyabra təyin edilən mitinqlə bağlı Bakıda fövqəladə tədbirlər

Bu gün saat 15:00-a metronun 28 may stansiyasının qarşısına AXCP tərəfindən mitinq təyin edilib. Mitinqə hökumət tərəfindən icazə verilməyib. Mitinq başlayana qədər hökumət fövqəladə tədbirlər görməyə başlayıb. Jurnalistlərdən Mehin Kərimi, Əbülfət Baxşəli, Vüqar Mirzəbəy, Fərid İsmayılov, Gülnaz Qənbərli Nurlan Libre saxlanılıblar, sonuncu polis maşınında döyüldüyünü bildirib.  Jurnalistlərin bir hissəsi sonradan sərbəst buraxılıb. Aktivistlərin bəziləri polis…

“Sevinc Abbasova təzyiq altında müəllimlərə imza atdırıb”

162 saylı tam orta məktəbin keçmiş direktoru, 13 yaşlı Elina Hacıyevanın özünü üçüncü mərtəbədən atmasından sonra onu öz kabinetində saxlayıb 84 dəqiqə təcili yardım çağırmamaqda ittiham olunan Sevinc Abbasovanın adı daha bir qalmaqalda hallanır. O, özündən öncə məktəbdə direktor vəzifəsini icra etmiş, təlim-tərbiyə məsələləri üzrə direktor müavini Məlahət Hüseynovadan Bakı Şəhər Təhsil İdarəsinə silsilə şikayətlər…

Hesabat: Azərbaycan hökuməti sosial mediadan dezinformasiya yayır

Oksford Universiteti “2019-cu ildə Qlobal Dezinformasiya Düzəni. Mütəşəkkil Sosial Media Manipulyasiyasının Qlobal İnventarı” adlı hesabatını açıqlayıb. Hesabatda Azərbaycan hökumətinin sosial mediadan dezinformasiya yaydığı, siyasi manipulyasiya üçün real olmayan sosial şəbəkə profillərindən (troll) istifadə etdiyi bildirilir. Ümumilikdə 70 ölkənin bu vasitədən istifadə etdiyi vurğulanır. 2018-ci ildə onların sayı 48, 2017-ci ildə isə 28 olub. Hesabatda deyilir ki,…

Meydan TV-nin saytına qoyulmuş qadağa götürülməyib

Ali Məhkəmənin Meydan TV-nin işi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv etməsi yanlış anlaşılıb. Sosial şəbəkələrdə bu qərar Meydan TV-nin saytına qoyulmuş bloklanmanın götürülməsi kimi qələmə verilir. Apelyasiya Məhkəməsinin saytında Meydan TV ilə yanaşı Azadlıq Radiosu Turan TV, “Azərbaycan saatı” və s. bloklanmış media resursları ilə bağlı Apelyasiya Məhkəməsinin qərarının ləğv olunduğu qeyd olunub. Digər saytlarla…

Taleh Bağırzadənin xanımı məhkəmə qarşısına çıxarılacaq

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə cinayət məsuliyyətinə cəlb olunur. O, sentyabrın 27-nə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə çağırılıb. Bu barədə Meydan TV-yə danışan L.İsmayılzadə bildirib ki, onunla əlaqə saxlayan müstəntiq birbaşa deməsə də, deyilənlərdən barəsində cinayət işi başlandığı aydın olub: “Dedi ki, vəkillərimlə gəlim. Həm də belə bir cümlə işlətdi ki,…

Bakıda polis qanuni fəaliyyətini yerinə yetirən jurnalistə təzyiq edib

Bakıda polis qanuni peşə faəliyyətini yerinə yetirən “Amerikanın səsi” radiosunun əməkdaşı jurnalist Tapdıq Fərhadoğluna qarşı zorakılıq göstərib və onun peşə fəaliyyətinə mane olub. Media hüququ üzrə mütəxəssis Xalid Ağalı bu barədə facebook-da məlumat verib: “Bakıda peşə fəaliyyətini yerinə yetirən jurnalist, “Amerikanın səsi”nin əməkşdaşı Tapdıq Fərhadoğlunu polislər saxlayıb. Jurnalistin peşə alətləri – mikrofon və kamertası əlindən…