İntiqam Əliyev roman yazdı: ”MEYDAN”

Hüquqşünas İntiqam Əliyev həbsdən çıxdıqdan sonra yazmağa başladığı “Meydan” romanı üzərində işi başa çatdırıb. Nərgiz Yaqublunun xatirəsinə ithaf olunan əsər avtoritar idarəçilik şəraitində cəmiyyətdə, ailədə, insanlarda baş verən deqradasiya prosesləri barədədir. Azadlıqların sıxıldığı ölkədə dözümsüzlük, fobiya, meylləri güclənir, insanların dövlətə, qanunlara, dəyərlərə inam və etimadı azalır. Özbaşınalıq şəraitində hər kəs potensial qurbandır. Əsərin əsas qəhrəmanı…

17 il cəza alan ilahiyyatçı haqqında qərar dəyişdi

İlahiyyatçılar Elman Ağayev, Zülfüqar Mikayılov və daha on nəfərin (“Nardaran işi-3) 12 ildən 17 ilə qədər azadlıqdan məhrum edilməsinə dair hökmdən apelyasiya şikayəti üzrə məhkəmə prosesi aprelin 6-da davam edib. Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən məhkəmədə əvvəlcə təqsirləndirilən Zülfüqar Mikayılovun vəkili Şəhla Hümbətovanın hüquqlarını müdafiə etdiyi şəxsə verilmiş cəzanın çəkilmə rejiminin…

Əfqan Muxtarlının səhhətində problemlər var

Həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlının səhhətində problem yaranıb, onun sinəsində ağrılar var. Jurnalist mühacirətdə olan həyat yoldaşı Leyla Mustafayeva ilə telefon söhbətində bu barədə deyib. Leyla Mustafayevanın sözlərinə görə, 3 həftə əvvəl Əfqan Muxtarlıyla danışanda öskürürmüş və ciyərlərinin soyuqladığını deyib: “Müayinə olunub və rentgen edən həkim deyib ki, ağciyərində ləkə görünür. Başqa bir həkim…

Əziz Oruclu azadlığa buraxılıb

Bu gün Ali Məhkəmədə “Kanal 13” İnternet Televiziyasının rəhbəri Əziz Orucovun kassasiya şikayətinə baxılıb. Vəkili Cavad Cavadov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə Ə.Orucovun ittiham edildiyi qanunsuz sahibkarlıq (192-ci maddə) maddəsinə xitam verilib və bu epizod üzrə günahı olmadığı bildirilib. Cinayət Məcəlləsinin 308-2-ci maddəsi üzrə ittiham 308.1-ci bəndə tövsif edilib.…

“Qızıma böhtan atanları məhkəməyə verəcəyəm”- 17 yaşlı müxalifətçi xanımın anası

Bunu Arqument.Az-a 4 gündür ki, yoxa çıxdığı iddia olunan müxalifətçi fəal Fatimə Mövlamlının anası Vüsalə Mövlamlı deyib. O bildirib ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzinə də məlumat verib: “4-cü Polis Bölməsinə getdim. Dedilər ki, biz saxlamamışıq. Daxili İşlər Nazirliyinin “102” xidmətinə də zəng etmişəm. Onlar da axtarış apardıqlarını dedilər. 4 gündür…

17 yaşlı müxalifətçi xanımın yoxa çıxdığı deyilir

Yaxınları 2 gündür ondan xəbər ala bilmirlər Müxalif ictimai fəal Fatimə Mövlamlının 2 gündür yoxa çıxdığı bildirilir. Yaxınları martın 31-dən etibarən ondan xəbər ala bilmirlər. Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) “Turan”-a bildiriblər ki, F.Mövlamlı martın 31-də Demokratik Qüvvələrin Milli Şurasının Müsavat Partiyası ilə birgə etriaz aksiyasında iştirak edib: “O, martın 31-dən yoxa çıxıb. Bütün yaxınlarla…

Köçkünlər Türkiyə səfirliyinin qarşısına yığışıb

Bu gün, aprelin 2-də bir qrup məcburi köçkünün Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısına toplaşdığı bildirilir. «Turan» agentliyinin xəbərinə görə, əslən Ağdam rayonundan olan köçkünlər Türkiyədən sığınacaq istəməkdən ötrü ora toplaşdıqlarını deyiblər. Narazı köçkünlər üzləşdikləri ev problemi səbəbindən Türkiyəyə sığınmağa qərar verdiklərini açıqlayıblar. Onların agentliyin əməkdaşına demələrinə görə, hələ ötən ilin payızında sığındıqları bina sökülüb. «Köçkünlük başlayandan…

Gözəl Bayramlının işinə baxan hakimlər qərarlarını dəyişdilər

Vəkil məhkəmənin qərarını qanunsuz hesab edib AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlı haqqında hökmdən apelyasiya şikayətinə baxan hakimlər qərarlarının dəyişiblər. Aprelin 2-də Gəncə Apelyasiya Məhkəməsində yekun qərarı elan etməli olan hakimlər zala gəlib bildiriblər ki, sonuncu məhkəmə iclasında vəsatətlərdən biri – Gürcüstan-Azərbaycan sərhədindəki (Azərbaycana aid hissədə) müşahidə kameralarının alınması məsələsi təmin olunub. Hakim Teyyub…

Vahid siyasi məhbus siyahısı üzrə işçi qrup yenilənmiş siyahısını təqdim edib

  Press-Reliz 22 mart 2018   Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrup növbəti toplantısında həm Qrup üzvlərinin öz təşəbbüsü ilə, həm də 2018-cı ilin mart ayının 1-nə qədər daxil olan müraciətləri araşdıraraq siyahının yenilənmiş variantını ictimaiyyətə təqdim edir.   Siyahıda İşçi Qrupun apardığı araşdırmalar nəticəsində 20 mart 2018-ci il tarixə cinayət təqibində siyasi…