REAl Hərəkatının sədri İlqar Məmmədovun Novruz Məmmədova cavabı

Dekabrın 11-də REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədovun  dekabrın 7-də verdiyi müsahibədəki fikirlərinə vəkili vasitəsilə münasibət bildirib. İlqar Məmmədov bir daha təsdiq edib ki, onun özü şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı yerli məhkəməyə müraciət etməyəcək, belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi…

Avropa Şurasının Nazirlər Kabineti İlqar Məmmədovla bağlı qərar verdi

Dekabrın 5-də Avropa Şurasının Nazirlər Komitəsi (AŞNK) ReAL Hərəkatının sədri İlqar Məmmədovla bağlı qərar qəbul edib.  AŞNK Azərbaycan hökumətinin üzərinə götürdüyü öhdəliklərə riayət edib-etməməsini müəyyən etmək üçün Avropa Məhkəməsinə sorğu göndərib.  Bu barədə məlumatı hüquq müdafiəçisi Rəsul Cəfərov öz “Facebook” səhifəsində paylaşıb.  Avropa İnsan Hüquqları Məhkəməsi noyabrın 16-da İlqar Məmmədovun işi ilə bağlı ikinci qərarını…

Prokuror jurnalist Əziz Orucovun 7 il azadlıqdan məhrum edilməsini istəyib

Dekabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə jurnalistin özü və vəkili Cavad Cavadov, eləcə də media və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Məhkəmə dövlət ittihamçısının çıxışı ilə davam edib. O öz çıxışında Əziz Orucovun məsuliyyətini yüngülləşdirən halların mövcud…

Blogger Mehman Hüseynovun şikayəti üzrə qərar çıxarılması yubanır

Dekabrın 1-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə journalist, blogger Mehman Hüseynovun CM-nin 147.2-ci maddəsilə təqsirli bilinib 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunması ilə bağlı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə prosesində M. Hüseynovun özü və vəkilləri Fuad Ağayev və Şəhla Hümbətova, Fəxrəddin Mehdiyev eləcə də media və ictimaiyyət…

Gənc fəal və atasının məhkəməsi davam etdirilib

Noyabrın 29-da Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə “heykəl məhbusu” Qiyas İbrahimovun və atası Həsən İbrahimovun CM-nin 289.2 –ci maddəsi (məhkəməyə hörmətsizlik etmə – min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə təqsirləndirilməsinə dair cinayət…

Hakimiyyətə məhkəmələrdə müdafiə sistemində demokratik islahatların yolları təklif edilib

Ölkənin bir qrup hüquqi ictimaiyyət, siyasi partiya, vətəndaş cəmiyyəti və mətbuat nümayəndələri noyabrın 25-də “Müdafiə hüququnun problemləri: reallıqlar və perspektivlər” mövzusunda elmi-təcrübi konfransda iştirak ediblər. Konfrans məşhur hüquqşünaslar və ictimai xadimlər – Qurban Məmmədov və Mətləb Mütəllimli, habelə hüquqşünas-jurnalist Əvəz Zeynallı tərəfindən təşkil olunmuşdu. Görüşdə uzun müddət vəkillik təcrübəsi ilə məşğul olmuş məşhur hüquqşünaslar Xalid…

Jurnalist Əziz Orucovun məhkəməsi keçirilib

Noyabrın 24 -də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə jurnalistin özü və vəkilləri Əlibaba Rzayev, Cavad Cavadov, eləcə də media, ictimaiyyət və səfirlik nümayəndələri də iştirak ediblər. İlk olaraq məhkəmə araşdırması üzrə istintaqın tamamlanıb tamamlanmaması ilə bağlı hökmə tərəflərin münasibətini…

Hüquq müdafiəçisi və jurnalistə xəbərdarlıq edilib

“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi və “Yüksəliş naminə” saytının baş redaktoru Elçin Məmməd iki saata yaxın Sumqayıt Şəhər Prokurorluğunda olub. Bu barədə E.Məmməd özü bildirib. Onun sözlərinə görə, şəhər prokurorunun baş köməkçisi Elviz Salayev tərəfindən qəbul edilib və ona xəbərdarlıq mətni təqdim olunub. E.Məmməd bildirib ki, görüşə qədər təxmin etdiyi kimi, QHT rəhbəri və jurnalist fəaliyyətilə…

Siyasi məhbusları müdafiə edən vəkil Kollegiyadan çıxarılıb

Noyabrın 20-da Vəkillər Kollegiyası vəkil Yalçın İmanovun vəkillik fəaliyyətinin dayandırılması barədə qərar verib. Bu barədə məlumat verən Yalçın İmanov qeyd edib ki, Kollegiyadakı fəaliyyəti Pentensiar Xidmətin müraciəti əsasında dayandırlıb. Belə ki, Pentensiar Xidmət avqust ayında Vəkillər Kollegiyasına göndərdiyi müraciətdə qeyd edib ki,  Qobustan həbsxanasında Nardaran hadisələri ilə bağlı məhkum olunmuş Abbas Hüseynovun təzyiqlərə məruz qalması…