ABŞ rəsmisi: ”Biz ATƏT-in ilkin qiymətləndirmə missiyası ilə razıyıq”

ABŞ Azərbaycanda növbədənkənar prezident seçkilərinin ilkin qiymətləndirilməsi üzrə ATƏT missiyası ilə razıdır. Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi “Turan”-ın Vaşinqtondakı müxbirinin sorğusuna cavab olaraq bildirib. “Birləşmiş Ştatlar prezident Əliyev və Azərbaycan xalqı ilə bəzi mühüm ikitərəfli və regional məsələlər, o cümlədən insan hüquqlarına və azadlıqlara hörmətin təşviqində, iqtisadi islahatların və çiçəklənmənin dəstəklənməsində, terrorizmə qarşı mübarizədə əməkdaşlığa,…

Siyasi məhbusun həyat yoldaşı ailəsinə təzyiqlərə görə onlardan imtina elədi

Yazar Zümrüd Yağmur ailəsindən imtina etdiyini açıqlayıb. Bu qərarını onun fəaliyyətinə görə yaxınlarına qarşı təzyiqlərlə əlaqələndirən yazar geri çəkilməyəcəyini də vurğulayır. «Mənim üçün doğmalıq primal bağdan ibarət deyil. Doğulub böyüdüyüm ailəmlə heç bir əlaqəm yoxdur. Şərait elə gətirib ki, yollarımız çoxdan ayrılıb. Hətta bacım dünyasını dəyişəndə, ancaq dəfndə iştirak edib geri dönmək məcburiyyətində qaldım. İndi baş verənlər,…

SMDT-nin prezident seçkiləri ilə bağlı ilkin bəyanatı

SMDT Azərbaycanda 11 aprel 2018-ci il prezident seçkisini uzunmüddətli qaydada seçkinin bütün mərhələləri– namizədlərin irəli sürülməsi, seçkiqabağı təşviqat, seçki günü səsvermə və səslərin sayılması prosesləri üzrə müşahidə edib. Növbədənkənar seçkinin elan edildikdən dərhal sonra SMDT bəyanat yayaraq, alternativ qiymətləndirmə aparıb. SMDT uzunmüddətli müşahidəni 22 nəfər, seçki günü müşahidəni isə 166 nəfər müstəqil müşahidəçi ilə əməkdaşlıq…

Jurnalist Səhiyyə nazirliyinin işçiləri tərəfindən döyüldüyünü bildirir

Səhiyyə naziri Oqtay Şirəliyevin işçilərinin jurnalisti döydüyü bildirilir. unikal.org saytının əməkdaşı Famil Fərhadoğlu aprelin 9-da çəkiliş apararkən döyüldüyünü deyir. Jurnalist bu barədə sosial mediada paylaşım da edib. Deyir, hadisə səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimində olub. O, mərasimi lentə alan zaman nazirin işçilərinin hücumuna məruz qaldığını söyləyir: “Dəfn mərasimində iştirak edən səhiyyə naziri Oqtay…

İntiqam Əliyev roman yazdı: ”MEYDAN”

Hüquqşünas İntiqam Əliyev həbsdən çıxdıqdan sonra yazmağa başladığı “Meydan” romanı üzərində işi başa çatdırıb. Nərgiz Yaqublunun xatirəsinə ithaf olunan əsər avtoritar idarəçilik şəraitində cəmiyyətdə, ailədə, insanlarda baş verən deqradasiya prosesləri barədədir. Azadlıqların sıxıldığı ölkədə dözümsüzlük, fobiya, meylləri güclənir, insanların dövlətə, qanunlara, dəyərlərə inam və etimadı azalır. Özbaşınalıq şəraitində hər kəs potensial qurbandır. Əsərin əsas qəhrəmanı…

17 il cəza alan ilahiyyatçı haqqında qərar dəyişdi

İlahiyyatçılar Elman Ağayev, Zülfüqar Mikayılov və daha on nəfərin (“Nardaran işi-3) 12 ildən 17 ilə qədər azadlıqdan məhrum edilməsinə dair hökmdən apelyasiya şikayəti üzrə məhkəmə prosesi aprelin 6-da davam edib. Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən məhkəmədə əvvəlcə təqsirləndirilən Zülfüqar Mikayılovun vəkili Şəhla Hümbətovanın hüquqlarını müdafiə etdiyi şəxsə verilmiş cəzanın çəkilmə rejiminin…

Əfqan Muxtarlının səhhətində problemlər var

Həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlının səhhətində problem yaranıb, onun sinəsində ağrılar var. Jurnalist mühacirətdə olan həyat yoldaşı Leyla Mustafayeva ilə telefon söhbətində bu barədə deyib. Leyla Mustafayevanın sözlərinə görə, 3 həftə əvvəl Əfqan Muxtarlıyla danışanda öskürürmüş və ciyərlərinin soyuqladığını deyib: “Müayinə olunub və rentgen edən həkim deyib ki, ağciyərində ləkə görünür. Başqa bir həkim…

Əziz Oruclu azadlığa buraxılıb

Bu gün Ali Məhkəmədə “Kanal 13” İnternet Televiziyasının rəhbəri Əziz Orucovun kassasiya şikayətinə baxılıb. Vəkili Cavad Cavadov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə Ə.Orucovun ittiham edildiyi qanunsuz sahibkarlıq (192-ci maddə) maddəsinə xitam verilib və bu epizod üzrə günahı olmadığı bildirilib. Cinayət Məcəlləsinin 308-2-ci maddəsi üzrə ittiham 308.1-ci bəndə tövsif edilib.…

“Qızıma böhtan atanları məhkəməyə verəcəyəm”- 17 yaşlı müxalifətçi xanımın anası

Bunu Arqument.Az-a 4 gündür ki, yoxa çıxdığı iddia olunan müxalifətçi fəal Fatimə Mövlamlının anası Vüsalə Mövlamlı deyib. O bildirib ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzinə də məlumat verib: “4-cü Polis Bölməsinə getdim. Dedilər ki, biz saxlamamışıq. Daxili İşlər Nazirliyinin “102” xidmətinə də zəng etmişəm. Onlar da axtarış apardıqlarını dedilər. 4 gündür…